Bahar katarı xəstəliyinin yaranma səbəbi və müalicəsi - Oftalmoloq Aynurə Əliyeva
19.04.2021 12:46
Allergik konyunktivit gözdə qəflətən başlayan qaşıntı, yanma, göz qapaqlarında zəif ödem-şişkinlik, gözdə qızartı və sulanma ilə müşahidə olunan, allergenlərə qarşı yaranmış konyunktivanın iltihabi reaksiyasıdır.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Aynurə Əliyeva “Həkim məsləhəti” rubrikasında yaz mövsümündə rast gəlinən “Bahar katarı (keratokonyunktivit) xəstəliyinin yaranma səbəbi və müalicəsi” mövzusunda məlumat verərkən belə deyib.
Həkimin sözlərinə görə, kliniki formalarından pollinoz, “Bahar katarı”, dərman allergiyası, xroniki allergik konyunktivit, atopik keratokonyunktivit və iri papilyar konyunktivitlər ayırd edilir. Pollinoz ağac, çiçək, bitki tozcuqlarına qarşı allergik reaksiya olaraq yaranır.
Atopik keratokonyunktivit isə atopik dermatit, bronxial astma, allergik rinit şikayətləri olanlarda rast gəlinən haldır. İri papilyar konyunktivit adətən linza istifadə edənlərdə ortaya çıxır. Bahar keratokonyunktiviti mövsümlə əlaqədar ortaya çıxan, hər iki gözdə müşahidə olunan allergik reaksiyadır. Xəstəlik uşaq və yeniyetmələrdə, xüsusilə oğlan uşaqlarında rast gəlinir, daha çox yaz aylarında başlayıb payıza qədər davam edir:
"Pasiyentin 3-6 yaşlarında başlayan şikayətləri 20 yaşa qədər artıq yox olur. Nadir hallarda iyirmi yaşından sonra da davam edə bilər. Ailə anamnezində atopik xəstəlik olan şəxslərdə daha çox rast gəlinir. Göz qaşıntısı ən əsas əlamətdir, bu şikayətə yanma, sulanma, gözdə “yad cisim” hissi, işığa həssaslıq və hətta blefarospazm (göz qapaqlarında spazm) əlavə olunur.
Konyunktivada qızartı və ödem, üst qapaq konyunktivasında, limb ətrafında follikullar, papillalar inkişaf edir. Yan-yana düzülmüş bu follikullar çay daşlarını xatırladır. Hipertrofiya olunmuş papillalar qapağın cüzi ptozuna (sallanmasına) səbəb ola bilər. Spesifik əlamət sayılan iri follikullarda ağ infiltratlar da müşahidə oluna bilir.
Xəstələrin 50%-ndə buynuz qişa zədələnir. Bu zaman şikayətlərə batma, sulanma, işığa həssaslıq, gözdə “yad cisim“ hissi, ağrı əlavə olunur. Yüngül klinika ilə keçən hallarda gözə soyuq kompress, günəşdən qorunma və simptomatik müalicə kifayət edir. Bu tədbirlər yetməzsə, xəstəliyin kəskinləşdiyi yaz aylarında steroid preparatlar təyin olunur".
A.Əliyeva əlavə edib ki, xəstəlik xroniki olduğuna görə hormonal preparatların verə biləcəyi katarakta, gözdaxili təzyiq yüksəlməsi, infeksiya inkişafı və s. kimi ağırlaşmalar bu qrup preparatların istifadəsinə məhdudiyyət qoyur. Məhz buna görə, belə xroniki xəstəlikdən əziyyət çəkənlər hər bahardan əvvəl profilaktik müayinədən keçməli və lazımi tədbirlərə vaxtında başlamalıdırlar.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

