İshal ürək və tənəffüs çatışmazlığına səbəb ola bilər
19.04.2021 11:35

İshal (diareya) tez-tez təkrarlanan, sulu nəcis ifrazıdır. Diareya adətən qarında ağrı, tenezm və köplə müşayiət olunur.

 

Aztibb.az xəbər verir ki, ishal bağırsağın infeksion-iltihabi xəstəliklərinin, disbakteriozun və nevrogen pozğunluqların əlaməti ola bilər. Bu səbəbdən ağırlaşmaların profilaktikasında əsas xəstəliyin diaqnostika və müalicəsi mühüm rol oynayır.

 

Profuz ishal zamanı iri həcmdə maye itkisi su-duz balansının pozulmasına gətirib çıxarır. Belə hallarda ürək və tənəffüs çatışmazlığı yarana bilər.

 

İshalın bir sıra klinik xüsusiyyətləri vardır. Kəskin ishalın başlıca səbəbləri bağırsaq infeksiyaları və dərman vasitələridir. İshalın bu növü 2-3 həftədən çox çəkmir. Kəskin formada nəcis duru konsistensiyalı, bəzən selik və qan qarışıqlı olur. Əksər hallarda ishal qarında köp, ağrı, ürəkbulanma və qusma ilə müşayiət olunur. Xəstələrdə iştah zəifləyir, çəki azalır. Tez-tez təkrarlanan duru nəcis ifrazı orqanizmin dehidratasiyasına gətirib çıxarır: dəri örtükləri, selikli qişalar quruyur, zəiflik, yorğunluq müəyyən edilir. 

 

3 həftədən çox davam edən ishal isə xroniki forma kimi qiymətləndirilir. Onun səbəbləri müxtəlifdir. Anamnestik məlumatlar, klinik əlamətlər, fiziki müayinə xroniki ishalın etiologiyasını üzə çıxarmağa imkan verir.  

 

İshal bir çox xəstəliklərin əlaməti olduğundan həkim taktikasında əsas patologiyanın müalicəsi başlıca rol oynayır. İshalın növündən asılı olaraq, pasiyent qastroenteroloq, infeksionist və yaxud proktoloq tərəfindən müalicə edilir. İshal 4 gündən çox davam etdikdə və yaxud nəcisdə qan, selik izlənildikdə mütləq həkimə müraciət olunmalıdır. İshal qida zəhərlənməsi ilə əlaqədar yarana bildiyindən hər bir halda peşəkar yardımı gecikdirmək olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib