COVID-19-un Azərbaycanda dövr edən genotipləri
17.08.2020 11:59

Məlum olduğu kimi, müxtəlif ölkələrdə COVID-19 xəstəliyinin yayılma və ölüm göstəricilərində əhəmiyyətli dərəcədə fərqlər müşahidə olunur. Bununla əlaqədar virusların genetik xüsusiyyətlərinin öyrənilməsi elmi-praktiki əhəmiyyət kəsb edir və onun yayılma tezliyinə və ölüm dərəcəsinə təsir edə biləcək amillərin təyin edilməsinə köməklik edir.

 

Aztibb.az xəbər verir ki, bununla əlaqədar AR Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda dövr edən virusların genomlarının öyrənilməsini həyata keçirib.

 

Bugünədək dünyada COVID-19 xəstəliyi törədən virusun 100-ə yaxın genomu müəyyən edilib ki, tədqiqat zamanı Azərbaycanda dövr edən və xəstəliyin nisbətən yüngül kliniki gedişatına səbəb olan iki növü təyin edilib. Onlardan biri Türkiyə, Qazaxıstan, Gürcüstan, Rusiya və s. ölkələrdə rast gələn genom növüdür. Digəri isə Avropada dövr edən genomdur. Bu qrupdan olan genomlar daha çox Birləşmiş Krallıq, İsveçrə və Avstraliyada rast gəlinir.

 

Bu kimi tədqiqatların nəticələri COVID-19 xəstəliyini törədən virusun təbiətinin və dəyişkənliyinin öyrənilməsində və ona qarşı vaksinin hazırlanmasında istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır