Nevropatoloq: Yatarkən mobil telefondan istifadə məhdudlaşdırılmalıdır
13.04.2021 12:40

Son illər mobil telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Şübhəsiz ki, onun həyat və məişətimizə gətirdiyi rahatlığı danmaq olmaz. Lakin bununla yanaşı, ondan aşırı dərəcədə istifadənin mənfi təsirləri də çoxdur.

 

Bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova deyib.

 

“Mobil telefonla danışarkən 1 dəqiqə ərzində beyinə 217 elektromaqnit impulsu ötürülür. Yəni, hər orqanizm bu “zərbəyə” davam gətirə bilmir. Tədqiqatlar nəticəsində məlum olub ki, uzun müddət və davamlı şəkildə mobil telefonlarla danışmaq orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməsi ehtimalını artırır. Ona görə də mobil telefonlardan mümkün qədər az istifadə etmək məsləhətdir”, - deyə Yeganə Rəşidova bildirib.

 

İnsanlar mobil telefonlar vasitəsilə gün ərzində danışmaqla kifayətlənmir, gecə saatlarınadək həmin qurğularda ya oyunlar oynayır, ya da sosial şəbəkələr üzərindən yaxın ətrafı ilə yazışırlar. Hətta bəzən yatmağa hazırlaşarkən mobil telefonları yanında saxlayır və bunun nəticəsində orqanizm gecə saatlarında da şüaya məruz qalır. Həkim-nevropotoloq qeyd edib ki, yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Saat 1-də yuxunun birinci fazası başlayır. Həmin fazanı rahat yatmaq üçün ən azı saat 12-dən sonra telefonları söndürüb özümüzdən ən azı 2 metr uzağa qoymaq lazımdır.

 

Alimlərin fikrinə görə, mobil telefonların insan sağlamlığına mənfi təsiri kompüterdən, planşetlərdən və televizordan daha çoxdur, çünki bu rabitə vasitəsindən istifadə edən zaman o beyin və gözlərə ən yaxın məsafədə olur və digər fəsadlarla yanaşı, görmə qabiliyyətinə də mənfi təsir göstərir. Mobil telefonlar işimizi nə qədər asanlaşdırsa da, onlardan saatlarla istifadə edilməsinin zərərli olduğunu unutmaq lazım deyil. Ona görə də həyatımıza rahatlıq gətirən kiçik əşyadan yalnız ən zəruri hallarda yaralanmaq daha düzgündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib