Əlverişsiz hava şəraitinə görə doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib
15.05.2024 12:51

İsmayıllı rayon Zərnəva kənd sakinləri doğuş üçün yaxınlarını gecə saatlarında şəxsi avtomobil vasitəsilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına apararkən yağıntılı - əlverişsiz hava şəraiti səbəbindən avtomobil yolu keçilməz olduğuna görə Təcili tibbi yardım stansiyasına çağırış veriblər.

 

Bu məlumat Aztibb.az-a TƏBİB-dən verilib.

 

Çağırışa uyğun olaraq təcili tibbi yardım briqadası rayon mərkəzindən 21 km uzaqlıqda yerləşən əraziyə yollanıb. Hamilə qadın Zərnava körpüsü üzərindən piyada keçirilərək, təcili yardım briqadasına təhvil verilib.

 

Əlverişsiz hava şəraiti ilə əlaqədar təcili tibbi yardım briqadası doğuş prosesini elə yolda, təcili tibbi yardım avtomobilində gerçəkləşdirib.

 

Həkim-ginekoloq Afaq Mirzəyeva və mama İlhamə Adıgözəlovanın iştirakı ilə gecə saat 01:30 radələrində doğuş prosesi yekunlaşıb və bir oğlan uşağı dünyaya gəlib.

 

Tibbi briqadadan verilən məlumata görə, gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən avtomobillə hər iki tərəfə keçid mümkünsüz olub.

 

Xəstəxanaya çatdırılan ana və körpəni Ginekologiya və doğum şöbəsinin tibbi heyəti müayinə edib. Hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub