Daşkəsən rayonunda səyyar tibbi müayinə aksiyası keçirilir (FOTO)
07.04.2021 14:48

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib. Ümumdünya Sağlamlıq Gününə həsr edilən və “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada Quşçu kəndi ilə yanaşı, Çovdar, Çaykənd və Şadax kəndlərinin sakinləri ödənişsiz olaraq terapevt, kardioloq, pediatr, USM, EKQ, qanın ümumi analizi və şəkərin təyini müayinələrindən yararlanıblar.

 

Müayinə prosesi çərçivəsində xəstəliklərin vaxtında və düzgün təyinatlandırılması və karonavirusla mübarizə məqsədilə sakinlərin maarifləndirilməsi də həyata keçirilib. Tibbi müayinə aksiyasında peşəkar həkim heyəti tərəfindən aparılan müayinələrin səyyar hospital və mobil reanimasiya avtomobilləri vasitəsilə 3 gün müddətində icra edilməsi, təqribən 400 nəfərədək əhalinin müayinə edilməsi nəzərdə tutulub. Sosial aksiya Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsi, yerli əhali arasında profilaktik müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

 

Xatırladaq ki, 7 aprel 1950-ci ildən etibarən bütün dünyada Sağlamlıq Günü kimi qeyd edilir. 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədar qeyd edilən bu gündə sağlamlığın əhəmiyyətini insanlara çatdırmaq üçün müxtəlif tədbirlər keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır