Südəmər uşaqlarda qarın işləməsinin SƏBƏBLƏRİ
01.04.2021 15:23

Südəmər uşaqların nəcisi ilk 2-3-cü günlər yaşıl-qara rəngdə və yapışqanlı olur. Buna ilk nəcis deyilir. Sonrakı günlər qızılı-sarı rəngdə olur və bir qədər turşumuş iy verir. Qızılı-sarı rəngdə təkcə ana südü ilə qidalanan uşaqların nəcisi olur. Sonralar uşağın nəcisində qəbul etdiyi qidalardan asılı olaraq alma, yerkökü, göyərti tikələri də görmək olur. Elə təsəvvür yarana bilər ki, uşağın nəcisi həzm olunmamış qidadan ibarətdir. Südəmər körpələrdə nəcisin rəngi yediyi qida rəngində olur. Yalnız 1,5-2 yaşından sonra uşaqların nəcisinin rəngi və qatılığı böyüklərinkindən fərqlənmir.

 

Uşaqların qarnı həyatının ilk günlərində 3-4 dəfə, sonralar gündə 1 dəfə, yaxud günaşırı işləyir. Ana uşağının qarnının necə işləməsinə diqqət yetirməli, qarnı bir-neçə gün işləməsə və ya bir gündə bir-neçə dəfə işləyərsə məsləhət üçün mütləq həkimə müraciət etməlidir.

 

Südəmər uşağın nəcisi duru olur, bəzən selik qarışıb yaşılımtıl rəng ala bilir. Əgər nəcisin rəngi və sayı birdən-birə dəyişilərsə həkimə müraciət etmək lazımdır.

 

Süni qidalanma ilə qidalanan uşağın nəcisinin rəngi yediyi qidadan asılı olaraq dəyişir. İnək südü ilə qidalanan uşaqların nəcisi duru və gündə bir-neçə dəfə olur.

 

Əgər uşağın qarnı gün ərzində həmişəkindən çox sayda işləyirsə və kəskin iylidirsə, bu, bağırsaqda infeksiyanın olmasını göstərir.

 

Uşaq yaxşı yeyirsə, 2-3 gün qarnı işləmirsə və şəndirsə narahat olmağa lüzum yoxdur. Bunu uşağa meyvə və ya tərəvəz yedirtməklə həll etmək olar. Lakin uşaq narahatdırsa, sancıdan qışqırıb ağlayırsa, problemi vaxtında həll etmək lazımdır.

 

Südəmər uşaqlara qətiyyən işlətmə dərmanı vermək olmaz. Çünki belə dərmanlar bəzən mənfi nəticələr doğura bilir. İşlətmə dərmanları uşaqların orqanizminin susuzlaşmasına səbəb olur. Bundan başqa, uşağın anus dəliyinə bağırsaq işlətmək üçün şamlar qoymaq məsləhət görülmür. Çünki belə şamlar südəmələrin anusunda iltihabi proseslərə səbəb ola bilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib