Dəri xərçəngi nədir? - Səbəbləri/Əlamətləri
27.03.2021 14:54

Onkoloji xəstəliklər sırasında rastgəlmə tezliyinə görə dəri xərçəngi 3-cü yerdədir. Dəri xərçəngi, əsasən bədənin açıq hissələrində yaranır, 70% şişlər isə üz nahiyyəsində inkişaf edir. Bu şişlərin ən "sevimli" yerləri alın, burun, göz ətrafları, gicgahlar və qulaq seyvanıdır.

 

Səbəbləri


Dəri xərçənginin yastı və bazal hüceyrələrinin inkişafı məlum deyil. Risk faktoru kimi tütün tüstüsü daxil olmaqla həddindən artıq günəş şüası, ionlaşdırıcı radiasiya, eləcə də, dəriyə düşən kimyəvi kanserogen təsir göstərilə bilər. Xəstəliyin çoxalma və inkişafı yaş həddinə görə ehtimal olunur. Qadınlar və kişilər bu xəstəliyi eyni tezlikdə keçirirlər. Risk faktorlarına zəifləmiş immun sistemini də göstərmək olar ki, bu da QİÇS xəstələrində baş verir.

 

Əlamətləri


Formasından asılı olaraq dəri xərçəngi səthi eroziya, qabarcıq və düyün şəklində olur. Bəzən əlamət olmadan, bəzən isə qanama və ağrılar olmadan əmələ gəlir.

 

Nə etmək olar?


Dəri səthində şübhəli elementlər varsa, dermotoloqa müraciəti ləngitməmək lazımdır. Ehtiyac olduğu halda həkim-onkoloqa getmək zəruridir.

 

Müayinəsi


Dəri xərçənginin diaqnozu dərinin şübhəli hissələrində histoloji müayinə aparılaraq qoyulur. Xərçəngin müalicəsi əsasən cərrahi yolla aparılır. Bu şişlərin klassik yolla kəsimi, krioterapiya və yaxud da elektroaqulyasiyadır. Əlavə üsul kimi bəzən də şüa terapiyasından istifadə olunur. Erkən diaqnoz xəstəliyin proqnozlaşdırılması üçün faydalıdır.

 

Profilaktikası


Bu xərçəngin qarşısını almaq üçün dəriyə fiziki və kimyəvi kanserogenlerin təsirini azaltmaq lazımdır (siqaret tüstüsü, günəş şüaları, ultrabənövşəyi şüalar). Kanserogen tərkibli maddələrlə təmasda olduqdan sonra şəxsi gigiyenaya diqqət etmək, müntəzəm olaraq qidalandırıcı və günəşdən qoruyucu kremlərdən istifadə etmək lazımdır. Dəri xərçənginə irsi meyilli olan şəxslərə isə müntəzəm olaraq onkoloq müayinəsinə getmək tövsiyə olunur.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
Həyat yoldaşına böyrəyini bağışladı
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”