ÜST vaksinin paylanılmasında ədalət prinsipinin pozulmasına göz yummamalıdır - Mütəxəssis
25.03.2021 21:56

COVID-19 pandemiyasına qarşı mübarizə prosesində COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərinin Azərbaycana indiyədək verilməməsi ədalət prinsipinin pozulması deməkdir.

 

Aztibb.az xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

 

Onun sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq təşəbbüsləri dəyərləndirib və onların reallaşmasında aktiv iştirak edib. Qlobal bəla olan koronavirus pandemiyasına qarşı mübarizədə nümunəvi davranış sərgiləyən ölkəmizin koronavirusla mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar ianə etməsi, eyni zamanda Qoşulmama Hərəkatına üzv olan 30-dan artıq dövlətə pandemiya ilə mübarizədə dəstək nümayiş etdirməsi bunun sübutlarından biridir:

 

"COVAX platforması dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizmdir. Azərbaycan ötən il COVAX platformasına ilk qoşulan 50 ölkədən biri olub. Lakin Azərbaycan COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməyib.

 

Y.Abdiyeva bildirib ki, COVAX təşəbbüsü çərçivəsində Azərbaycanın müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl olunmayıb, ölkəmiz indiyədək vaksin əldə edə biməyib.

 

Bunu ədalətin pozulması və ölkəmizə qarşı ikili standartların tətbiqi kimi dəyərləndirən mütəxəssis Azərbaycana qarşı atılan bu addıma təəssüfləndiyini söyləyib:

 

"Azərbaycana qarşı bugünkü reallıqlar bizdə ancaq təəssüf doğurur. Bu məsələdə ÜST-ün də üzərinə məsuliyyət düşür. O, vaksinin hər bir dövlət üçün əlçatan olmasını təmin etməli, vaksinin paylanılmasında ədalət prinsipinin pozulmasna göz yummamalıdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır