Peyvənd layihələri üçün 31,3 milyard dollar vəsait lazımdır - ÜST  
14.08.2020 11:04

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusa qarşı peyvənd axtarışında dünya ölkələrini sıx qlobal əməkdaşlığa dəvət edib.

 

Aztibb.az xəbər verir ki, təşkilatın rəhbəri Tedros Qebreyesus bu əməkdaşlığın, ilk növbədə, ölkələrin öz marağına xidmət etdiyini vurğulayıb. O qeyd edib ki, virus üzərində qələbə nə qədər tez əldə olunsa, dünya iqtisadiyyatı bir o qədər də sürətlə dirçələ bilər. Bunun üçün isə ayrı-ayrılıqda nümunələrə diqqəti yönəltməkdənsə, mümkün qədər çox peyvənd layihələri üzərində iş aparılmalıdır.

 

T.Qebreyesusun sözlərinə görə, yüksək tələbat və təkliflər arasında rəqabət hazırda “peyvənd millətçiliyi” məfhumunun yaranmasına səbəb olub və möhtəkirliyə geniş yol açır. Buna qarşı isə yalnız qlobal həmrəylik, ictimai investisiyalar və birgə səylər uğurlu nəticə verə bilər.

 

Dünyada aktual olaraq kliniki sınaq mərhələsində olan peyvənd maddələrinin doqquzu ÜST-ün himayəsi altında təsis olunan fond çərçivəsində üzv dövlətlərin sərəncamına veriləcək. ÜST-ün hələ həftələr öncə verdiyi məlumata görə, fondun peyvənd layihələrini maliyyələşdirməsi üçün 31,3 milyard ABŞ dolları vəsaitə ehtiyacı var. Lakin üzv dövlətlər bu vəsaitin yalnız cüzi bir hissəsini təqdim edəcəklərini vəd veriblər. Həmin fond peyvənd maddələri ilə yanaşı, COVID-19-a qarşı müxtəlif test və dərman preparatlarının tədqiqat və istehsalını da dəstəkləməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır