Yuxusuzluq bu ciddi xəstəliklərə yol aça bilər - Diqqət!
19.03.2021 12:15
Bu gün – 19 mart Beynəlxalq Yuxu Günüdür. Bəzi insanlar müəyyən səbəblərdən yuxuya gedə bilmir, bu hal onlarda get-gedə xroniki vəziyyətə çevrilir. Yuxusuzluq ağır fəsadlara səbəb ola biləcək bir problemdir. Araşdırmalar nəticəsində sübut edilib ki, mütəmadi şəkildə 7-8 saatdan az yatmaq orqanizmdə ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır.
Mərkəzi Gömrük Hospitalının həkim-nevroloqu Mənsumə Talıbova yuxunun insan həyatında rolu mövzusunda “Yuxu pozulduqda nə etməli və bu halın yaratdığı fəsadlar hansı xəstəliklərə yol açır?” sualını cavablandırıb.
Həkim bildirib ki, hazırda insanların həyat tərzi, iş rejimləri onların yuxusuna çox təsir edir. Bəzilərinə adi görünən yuxusuzluq problemi ən ağır xəstəliklərə – şəkərli diabetə, cinsi funksiya pozğunluğuna, astma və xərçəng xəstəliklərinə yol aça bilər. Yuxunun əhəmiyyəti barədə yəqin ki, hamı bilir. İnsan gün ərzində aktiv fəaliyyətdə olduğundan, onun bütün orqanları yüklənmiş olur. Ona görə də, daha az xəstələnmək və güclü immun sisteminə malik olmaq üçün düzgün yuxu rejiminə riayət olunmalıdır.
Yuxu zamanı melatonin hormonu çox güclü bir antioksidant və sərbəst radikal təmizləyici rolunu oynayaraq beyini qoruyur, orqanizmdə zərərli xolesterolu azaldır, hüceyrə sistemini yeniləyərək immun sistemini gücləndirir. Bir ildən artıqdır ki, hamımız COVID-19 infeksiyası ilə mübarizə aparırıq. Koronavirus məhz immun sistemi zəif olan insanları yaxalayır və bu xəstəliyi ağır keçirmələrinə səbəb olur. Bütün bunlar ilk baxışdan əhəmiyyət vermədiyimiz məqamlardır ki, sonda çox ağır fəsadları yaşamağımızla nəticələnir.
Son zamanlar informasiya texnologiyalarının insanların həyat tərzini kökündən dəyişdiyini söyləyən həkim, hər kəsin internet - sosial şəbəkələr və messencerlərə bağlı olduğunu, bunlardan həddindən çox istifadənin yuxusuzluğun başlıca səbəblərindən olduğunu qeyd edib. Bildirib ki, müəyyən saatlar (saat 23:00-dan 01:00-a qədər) var ki, bu vaxt yatmayanda yuxu qaçır və getdikcə bu, vərdiş halına çevrilir:
"Yuxusuzluq insanlarda enerjinin tükənməsi və əmək məhsuldarlığının aşağı düşməsinə gətirib çıxarır. Bir həkim kimi tövsiyə edərdim ki, sağlamlığımız üçün təhlükəli olan yuxusuzluğa yol açmamaqdan ötrü hər gün eyni vaxtda yatmaq, yatmazdan əvvəl buna hazırlaşmaq lazımdır: kitab oxumaq, yoqa ilə məşğul olmaq, meditasiya etmək və s. Bunlardan hər biri insan orqanizmini yuxuya hazırlayan siqnallardır. Həmçinin yatarkən işıqları söndürmək lazımdır. Hamıya məlumdur ki, melatonin hormonu məhz tam qaranlıqda yaranır.
Yatmazdan 3-4 saat əvvəl yeməkləri, 1 saat əvvəl isə smartfon, televizor və planşeti unutmaqda fayda var. Yaxşı olar ki, yatmazdan əvvəl 1 saat açıq havada gəzəsiniz. Sağlamlığınızı qorumaq üçün şirin yuxu ilkin şərtlərdən biridir".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

