COVID-19-un yayılma dinamikası meteoroloji amillərdən asılı deyil
18.03.2021 22:34

Havaların isinməsi COVID-19 ilə mübarizədə sayıqlığı azaltmaq, maskalardan imtina etmək və səyahətə çıxmaq üçün heç də səbəb deyil. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) ekspertləri xəbərdarlıq edirlər. 

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, ekspertlər koronavirusun daha aşağı temperaturlarda həyati qabiliyyətini uzun müddət saxlamasına baxmayaraq, onun yayılma dinamikasının ilk növbədə, meteoroloji amillərlə deyil, ehtiyat tədbirləri ilə bağlı olduğunu qeyd edirlər.

 

ÜMT-nin hədəf qrupu, hava və havanın keyfiyyətinin COVID-19 pandemiyasına təsiri ilə bağlı ilk məruzəsini hazırlayıb. Sənəddə deyilir ki, şimal yarımkürəsində yaz vaxtı temperaturunun artması da daxil olmaqla, hava və iqlim şəraiti virusun yayılmasının qarşısının alınması üçün tədbirləri zəiflətmək üçün hələ səbəb deyil.

 

Yer elmləri, tibb və ictimai səhiyyə sahəsində fəaliyyət göstərən 16 nəfərdən ibarət olan ekspertlər qrupunun fikrincə, 2020-ci ildə və 2021-ci ilin əvvəlində COVID-19-un yayılma dinamikası meteoroloji amillərlə deyil, ilk növbədə, maskaların məcburi istifadəsi və səfərlərin məhdudlaşdırılması kimi ehtiyat tədbirləri ilə şərtləndirilmişdi. Digər əhəmiyyətli amillərə insanların davranışı və əhalinin demoqrafik xüsusiyyətləri, son zamanlar isə virusun mutasiyaları aiddir.

 

"Hazırkı mərhələdə, məlumatlar, meteoroloji və hava keyfiyyəti amillərinin infeksiyanın ötürülmə sürətinin azalmasına yönəlmiş dövlət tədbirlərinin zəiflətməsi üçün əsas kimi istifadə oluna biləcəyini təsdiqləmir", - deyə Hədəf Qrupunun həmsədri, ABŞ-ın Baltimor şəhərindəki Con Hopkins Universitetinin professoru Ben Zayçik söyləyib.

 

O, pandemiyanın ilk ilində həm ilin isti fəslidə, həm də isti bölgələrdə infeksiya dalğalarının müşahidə olunduğunu və buna görə də bunun bu yaz və yayda bir daha təkrarlanmayacağına dair heç bir zəmanətin olmadığını da əlavə edib.

 

Lakin ümumilikdə, məruzədə mövsümiliyin tənəffüs yoluxucu infeksiyaların yayılmasına sözsüz təsir etdiyi göstərilir. Belə ki, qrip və koronavirus infeksiyası ilə xəstələnmənin zirvəsi payız-qış dövrünə təsadüf edir. COVID-19 bir neçə il daha bizimlə qalsa, o zaman ehtimal var ki, o da mövsümi xəstəliyə çevrilə bilər.

 

“Tənəffüs yoluxucu infeksiyalarının mövsümiliyini müəyyən edən əsas mexanizmlər hələ də kifayət qədər öyrənilməyib. Burada, ehtimal olunur ki, söhbət virusun davamlılığı, insanın infeksiyaya qarşı müqaviməti, habelə hava və fəslin insan davranışına təsiri kimi bir çox amillərin birləşməsindən gedir”, - deyə məruzənin xülasəsində bildirilir.

 

“COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun laboratoriya tədqiqatları, virusun soyuq, quru şəraitdə və aşağı ultrabənövşəyi şüalanma səviyyəsində daha uzun müddət həyati fəaliyyətini saxlayacağına dair bəzi dəlilləri əldə etməyə imkan verib. Lakin bu tədqiqatlar meteoroloji amillərin virusun ötürülmə sürətinə birbaşa təsir göstərdiyini hələ göstərməyib”, - deyə məruzənin nəticələrində qeyd olunur.

 

Hava keyfiyyəti amillərinin pandemiyaya təsirinə gəldikdə, hələ birmənalı nəticələr mövcud deyil. İlkin məlumatlara görə, havanın keyfiyyətinin aşağı olması COVID-19 səbəbindən ölüm hallarının sayını artırır, lakin virusun yayılmasına təsir etmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər