Qida əlavələrinin həddindən çox qəbulu orqanizmdə geridönməz proseslər əmələ gətirir
13.03.2021 11:28

Yeni növ koronavirusla (COVID-19) mübarizədə ən əsas məsələlərdən biri də immun sisteminin möhkəmləndirilməsidir. Bu baxımdan qida rasionuna vitamin və minerallarla zəngin qidaların daxil edilməsi vacibdir.

 

Son zamanlar bioloji fəallığa malik qida əlavələrindən də çox istifadə olunur. Mütəxəssislər isə bildirirlər ki, bəzən kapsul, həb, toz, sirop və digər formada hazırlanmış həmin məhsulları dərman preparatları ilə eyniləşdirirlər.

 

Aztibb.az xəbər verir ki, Bakıdakı 6 nömrəli poliklinikanın Terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: “Qida əlavələri dərman vasitəsi sayılmır, lakin onların tərkibi qida məhsullarının tərkibinə yaxın olması və orqanizmin zəruri tələbatlarını ödəməsinə baxmayaraq, heç bir halda normal qidalanmanı əvəz etmir. Qida əlavələri müəyyən bir normada qəbul edilməlidir, çünki onların səmərəsi yalnız müəyyən edilmiş normada özünü göstərir”.

 

Qida əlavələri reseptsiz satılır. Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. Həmin əlavələr üzərindəki təlimatlarla tanış olduqdan sonra istifadə edilməlidir.

 

Həkimlərin dediyinə görə, insanlar bəzən immun sistemini və ya dolayısı ilə orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığını düşünərək zərurət olmadığı təqdirdə qida əlavələri qəbul edirlər. Həmin məhsuldan düzgün istifadə edilmədikdə orqanizmdə ciddi fəsadlar yarada bilər: “Onun həddindən çox qəbul edilməsi orqanizmdə geridönməz proseslər əmələ gətirir. Həmçinin qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri və zamanla bağırsaq xəstəliyindən əziyyət çəkməyə səbəb olur”,- deyə həkim-terapevt bildirib.

 

Orqanizmin bütün qidalandırıcı komponentlərlə təmin edilməsində ən ideal vasitə düzgün qidalanmaqdır. Unutmaq lazım deyil ki, qida əlavələri heç də həmişə təhlükəsiz və sağlam qidalanmanın tələblərinə cavab vermir. Ona görə də mütəxəssislər mümkün qədər vitamin, mineral və digər komponentləri gündəlik qidalardan almağı tövsiyə edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev