Azərbaycanda sağlamlıq turizmi barədə geniş hesabat hazırlanıb  
12.03.2021 15:33

Dövlət Turizm Agentliyinin (DTA) təşəbbüsü və dəstəyi ilə Azərbaycanda sağlamlıq turizminin cari vəziyyəti, gələcək inkişaf perspektivləri barədə geniş hesabat hazırlanıb.

 

“Azərbaycanda sağlamlıq turizmi – cari vəziyyət və inkişaf perspektivləri” adlanan hesabatda sağlamlıq turizminin regional və qlobal səviyyədə rəqabətqabiliyyətliliyi müqayisəli təhlil əsasında araşdırılaraq təqdim olunub.

 

Araşdırma sənədində ölkəmizdə əsas sağlamlıq turizmi destinasiyaları olan Abşeron, Şabran, Naftalan, Qəbələ, Lənkəran, Şəki, Dağlıq Qarabağ və Naxçıvanda olan resusrlar, sağlamlıq müəsissələri, onların turistlərə təqdim etdiyi xidmətlər öz əksini tapıb. Eyni zamanda sağlamlıq müəsissələrindən kənarda yerləşən təbii mineral ehtiyatlar və onların yerləşdiyi rayonlar barədə məlumat verilərək hər biri üzrə inkişaf potensiali qiymətləndirilib.

 

Sağlamlıq turizminin mahiyyəti, Ümudünya Səhiyyə Təşkilatının statistik məlumatları əsasında sağlamlıq turizmini səhiyyədəki yeri, ölkəmiz üçün spesifik olan sağlamlıq resurslarının xüsusiyyətləri və faydaları haqqında məlumatların qeyd olunduğu hesabatda tibbi turizm və termal sağlamlıq turizmi barəsində geniş məlumat verilib.

 

Sənəddə, həm də müasir dövrümüzdə sağlamlıq turizminin qlobal iqtisadiyyatda yeri, eləcə də ötən illərdə sağlamlıq turizmi ilə əlaqəli beynəlxalq səyahətlərdən əldə edilən və Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinad edilən gəlirlər barədə Türkiyə, Fransa, Cənubi Koreya, Kosta Rika, Meksika, Hindistan, Kanada, Albaniya, Filippin kimi müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Burada sağlamlıq turizmi üzrə turistlərin ümumi (müalicə və ya əməliyyat, xəstəxana və həkim, nəqliyyat, müvəqqəti yerləşdirmə, qidalanma, viza, sığorta, qeydiyyat) və kliniki müalicə xərcləri (ürək, angioplastika, protez, implant, estetik və s.) haqqında statistik məlumatlar göstərilib. Bundan əlavə, ölkədə mineral sulardan istifadə olunmasının hüquqi qaydaları, mövcud qanunvericilik aktları və dövlət qurumlarının bu sahə üzrə fəaliyyətləri nəzərdən keçirilib.

 

Sağlamlıq turizmindən istifadə edən turistləri cəlb edən amillərin analizi, müalicə və istirahət məqsədli səyahətlər zamanı onların gözləntiləri və digər amillər təhlil olunub.

 

Sağlamlıq turizmi müəssisələrində ən əsas faktorlardan hesab edilən marketinq fəaliyyətinin təşkili, brendin yaradılması, sağlamlıq turizmi üzrə destinasiyanın tanıdılması, qiymətləndirmə meyarları və bu meyarların xüsusiyyətləri və tətbiqi barədə məlumatlar yerləşdirilib. Brendləşmə və marketinq fəaliyyətləri araşdırılan zaman ötən illərdə dünya üzrə ən yaxşı 10 xəstəxana və bu xəstəxanaların uğur göstəriciləri təqdim edilib.

 

Araşdırma sənədində sağlamlıq turizminin ölkəmizdə inkişafı məqsədilə müəyyən təkliflər hazırlanıb, o cümlədən sağlamlıq turizmi müəssisələrinin xidmətlərinin çeşidinin artırılması, rəqib bazarlar üzərində üstünlüklərin qiymətləndirilməsi üzrə təkliflər qeyd olunub.

 

Hesabatda Azərbaycanda kurort və sanotoriya müəsissələrinə müasir yollayış sisteminin təşkili, bu sistem üzrə qeyd olunan müəssisələrin idarəedilməsi, istifadə olunan mineral və müalicəvi suların analizi, onların müalicəvi xüsusiyyətləri, eləcə də həkim və tibb personalına qoyulan tələblər və mövcud qanunvericilik aktları geniş tədqiq olunub.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub