ÜST-dən yeni açıqlama: “Koronavirus heç yerə getməyib”
10.08.2020 17:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun səbəb olduğu xəstəliyin mövsümi olduğunu hesab etmir.

 

Aztibb.az-ın məlumatına görə, bunu ÜST-ün eksperti Mariya van Kerkhove deyib.

 

Onun sözlərinə görə, virus haqqında hər gün yeni məlumatlar ortaya çıxır:

 

“Virus heç yerə getməyib. Onun mövsümi olmasını göstərən hər hansı bir əlamət də mövcud deyil. Virus sirkulyasiyasını davam etdirir və əhalinin əksər hissəsi onun qarşısında həssasdır. Ona görə də, biz yoluxmanın qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.

 

M.Kerkhove insanları ölkə hökumətlərinin təlimatlarına əməl etməyə və yoluxma riskini azaltmaq üçün addımlar atmağa çağırıb:

 

“Əgər sizdən evdə qalmağı xahiş edirlərsə – evdə qalın. Nəqliyyatda və mağazalarda maska taxmağı xahiş edirlərsə – maska taxın. Pis ventilyasiyalı binalardan uzaq durmaq imkanınız varsa – uzaq durun. Bu yolla siz təkcə özünüzü yox, həm də potensial risk qrupuna daxil olanları qoruyursunuz”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır