Baş infeksionist: "İybilmə və dadbilmənin bəzi pasiyentlərdə tam bərpa olunmayacağı istisna edilmir"
18.02.2021 16:17

“Müxtəlif tədqiqatlara görə, koronavirus infeksiyasına yoluxmuş pasiyentlərin əksəriyyətində sonrakı 1 ay ərzində iybilmə və dadbilmə qabiliyyətinin tam və ya hissəvi bərpası baş verir. Bu halların tez bərpa olduğu şəxslərdə çox güman ki, virus yalnız burnun selikli qişa hüceyrələrini zədələyib”.

 

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

O qeyd edib ki, əgər zədələnmə daha dərindirsə, iybilmə və dadbilmədə iştirak edən sinir aparatı zədələnibsə bu hüceyrələr daha gec bərpa olunur: “Müşahidələr göstərir ki, yoluxmadan 3-6 ay sonra iybilmə və dadbilmə qabiliyyətinin bərpa olmadığı insanların sayı minimaldır. Lakin bəzilərində hətta bundan da çox vaxt keçməsinə baxmayaraq bu funksiya hələ də bərpa olunmayıb. Bu, həmin pasiyentlər üçün ciddi psixoloji problemlər yaradır. Alimlər iybilmə və dadbilmənin bir qisim pasiyentlərdə tam bərpa olunmayacağını da istisna etmirlər”.


T. Eyvazov bildirib ki, koronavirus infeksiyasından sonra bədəndəki ümumi zəiflik də çox uzun müddət qala bilər: “Bundan başqa xəstəliyi keçirmişlərdə depressiv vəziyyətlər, başda “duman” hissi, diqqətin cəmləşdirilməsində çətinlik, yaddaşın zəifləməsi, subfebril hərarət, baş ağrıları, bütün bədəndə ağrılar, yuxunun pozulması, ürəkdöyünmə, təngnəfəslik, döş qəfəsində ağrı və s. kimi əlamətlər də uzun müddət davam edə bilər. Xəstəliyi daha ağır formada keçirən şəxslərdə ağciyərlərin funksiyası ciddi pozula bilər və belə pasiyentlərin orqanizmi bərpa üçün uzunmüddətli müalicə tələb edir”. 

 

Baş infeksionist əlavə edib ki, bərpa prosesi həmçinin pasiyentin yaşından və yanaşı xəstəliklərinin olmasından çox asılıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər