Ekspertlər: Avropanın vəhşi heyvandarlıq fermalarında koronavirusun yayılması riski yüksəkdir
18.02.2021 15:15

COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun Avropadakı vəhşi heyvandarlıq fermalarında yayılması və onun insanlara ötürülməsi ehtimalı çox yüksəkdir. 

 

Atibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri gəliblər.

 

Mütəxəssislər, ÜST-ün Avropa bölgəsinə rekord sayda xəz məhsulları istehsal edən ölkələrin daxil olduğuna görə Avropadakı vəhşi heyvandarlıqla əlaqəli riskləri təhlil etmək qərarına gəliblər. 2020-ci ilin aprel ayında Hollandiya, vəhşi heyvandarlıq təsərrüfatlarında yetişdirilən su samurlarında COVID-19 halları qeydə alınan dünyada ilk ölkə oldu.

 

Daha sonra su samurları arasında koronavirusa yoluxma hallarının olduğu barədə, o cümlədən yeddisi Avropada yerləşən daha doqquz ölkə haqqında məlumat verildi. Danimarkada isə bu heyvanlardan yoluxmuş bəzi insanlarda bir sıra mutasiya ehtiva edən yeni ştamm aşkar edildi. Üstəlik, ilkin tədqiqatların nəticələrinə görə, yeni variantın anticisimlərə qarşı həssaslığının azalması ilə xarakterizə olunduğu məlum olunub.

 

Ekspertlərin fikrincə, Avropa bölgəsindəki heyvanların xəzindən istifadə edərək məhsul istehsal edən 15 ölkədən 14-ü vəhşi heyvandarlıq fermalarında zəruri nəzarət sistemlərini tətbiq ediblər. Bundan başqa doqquz təsərrüfatda bu cür fermalarda çalışan insanlarda virusun aşkar edilməsi üzrə tədbirlər də həyata keçirilib.

 

Mütəxəssislər SARS-CoV-2 virusunun və onun variantlarının heyvanlardan insana ötürülməsinin qarşısının alınması üçün bir sıra tövsiyələr hazırlayıblar. Onlardan bəziləri: fermalarda sanitariya normalarına ciddi riayət edilməlidir; xəz təsərrüfatlarında çalışan işçilər davamlı olaraq fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər; heyvanlar mütəmadi olaraq virusun mövcud olub-olmaması ilə əlaqədar yoxlanılmalıdır; xəz təsərrüfatlarının yaxınlığında yaşayan vəhşi heyvanların da yoxlanılması lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər