"Koronavirusa yoluxanlar 20 il qocalırlar" - Rusiyalı professordan reabilitasiya TÖVSİYƏLƏRİ
15.02.2021 15:04

"Koronavirusdan sağalanlar və reabilitasiya keçənlərlə mütəmadi ünsiyyətdən sonra deyə bilərəm ki, istənilən koronavirus keçirmiş şəxs 20 il qocalır. Bu orqanizmin virusla müharibədən sonrakı vəziyyətidir".

 

Aztibb.az v1.ru resursuna istinadla xəbər verir ki, bunu Rusiyalı professor Sergey Nedoqoda bildirib.

 

Xəstəliyi keçirib, ambulator və ya stasionarda 14-21 gün müalicə almaq virusla mübarizənin hələ birinci, başlanğıc hissəsidir.

 

Bu gün dünya virusun sonrakı fəsadı, orqanizmdə təsiri, xəstənin hansı hallardan keçəcəyi barədə elmi-tibbi məlumatlara malik deyil.

 

Lakin koronavirusu keçirmiş xəstələr hələ də əziyyət çəkirlər: bəzi insanlarda dad, iybilmə qayıtmayıb, bəziləri idman edə bilmir, təngnəfəs olur, digərlərində isə ağrılar olur, çoxu isə psixoloji baxımdan çöküb.

 

Professor bu xəstələrin tam bərpa olmaq üçün hansı reabilitasiyadan keçməli olduğunu da vurğulayıb.

 

O, bildirib ki, ilk dəfə Avropada qeydə alınan post-COVID və ya uzun COVID sindromu xəstələrdə 3-6 ay, bəzən isə naməlum müddətə kimi çəkə bilər. Nə qədər çəkirsə, çəksin bu sindrom var və biz xəstələrə bu yolda dəstək olmalıyıq.

 

"İstər yüngül, istər orta ağır formada xəstəlik istənilən halda iri və xırda damarların keçiriciliyini pozur, zədələyir və trombozluğa meyillik yaradır.
Koronavirusun bərk-bərk yapışdığı ACE2 reseptorları bədənin bütün toxumalarında var. Maksimal dərəcədə bağırsaqlardadır, ikinci yerdə ürək, damarlar, sonra ağciyərlər gəlir.

 

Eləcə də qan, bütün orqan və toxumalara getdiyindən, deməli, virus hər yerdə ola bilər.

 

Holland alimlərinin son elmi araşdırmasına görə, koronavirus keçirmiş xəstənin orqan və sistemləri 20 il qocalır. Bu insanlarda şəkərli diabet, təzyiq, bağırsaq və qaraciyər tərəfindən müxtəlif patologoyalar yarana bilər. Koronavirusdan sonra xəstəliyin fəsadlarının simptomları özünü 2 həftə sonra da, 90 gün ərzində təkrar-təkrar göstərə bilər.

 

Öz pasiyentlərimdə görürəm ki, hətta ən yüngül forma keçirənlərdə belə 2-3 ay ciddi və aydın astenik sindrom müşahidə edilir. Xəstə özünü 1 həftə yaxşı hiss edir, sonra birdən 10 gün narahatlıqlar başlayır. Zəiflik, yorğunluq, fiziki yük və çox iş, gəzmək zamanı təngnəfəslik, depressiya, iştahsızlıq olur.

 

Ona görə da 21 gün müalicə almaq, COVID-19-dan tam xilas olmaq demək deyil.

 

COVID-19-un bədəndə nə qədər qalıb, nələr yaradacağını biz bir il sonra, indiki xəstələri müşahidə edərək biləcəyik.

 

COVID-19 xəstələri nələri etməlidirlər?

 

Xəstələr tənəffüs gimnastikası, fizioterapiya, LFK, yüngül idman, masaj və nevroloji müalicədən keçməlidirlər. 2 həftəlik reabilitasiya kursu 3-4 aydan bir təkrarlanmalıdır.

 

Xarici ölkələrdəki həkimlər bu xəstələrə hər şeyi asta-asta, zamanla, az yüklə başlamağı tövsiyə edir.

 

Yürüş, gəzmək gündə 10 dəqiqədən asta templə başlayıb, 2 həftəyə 1 saata qaldırılmalıdır. Birdən-birə kilometrlərlə yol getmək olmaz.

 

Xəstələr yorğunluqdan, susuzluqdan, təngnəfəslikdən, tərləmədən özlərini gözləməlidir.

 

Əgər xəstədə sakit halda ürək vurğusu 100-ü keçirsə, temperaturu 37,3-dən düşmürsə, adi danışıqda təngnəfəs olursa, təzyiqi yüksəlirsə, o zaman daha ciddi müayinə, müalicələrə cəlb olunmalıdır.

 

Xəstələr qətiyyən şar üfləməklə, ağciyərlərini məşq etdirməsinlər. Bu çox zərərlidir. Onun əvəzinə "Kvadrat tənəffüs" metodundan istifadə olunmalıdır. Bu metod zamanı nəfəs almaq nəfəsi verməkdən 2 dəfə uzun olur. Adətən insan qısa nəfəs alıb, uzun nəfəs verir. Bu dəfə əksinə etməlisiz.

 

Bu metod ağciyərləri drenaj edir, simpatik sinir sistemini sakitləşdirir.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Astarada tibbi aksiya keçirilib
Xroniki xəstəlik nədir?
Yuxunun kifayət qədər olmaması orqanizmi infeksiyalara qarşı həssas edir - MÜSAHİBƏ