COVID-19-un orqanizmdə yaratdığı fəsadlar – Allerqoloq-pulmonoloq açıqladı
15.02.2021 12:29

COVID demək olar ki, bütün orqan toxumalarını zədələyə bilir. Ağciyərdə olan iltihabi proses vaxtında düzgün müalicə olunarsa, hər hansı fəsad olmadan keçə bilir. Ağciyərin zədələnmə faizi çox olarsa, müəlicə vaxtında, düzgün aparılmazsa və ya COVID xəstəliyi uzun müddət davam edərsə, o zaman ağciyərdə fibroz (ağciyər toxumasının sərtləşməsi) vəziyyət yarana bilir. Bu zaman alınan oksigenin qana keçməsi ləngiyir, çətinləşir.

 

Bunu koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyən allerqoloq-pulmonoloq Ramin Nəriman Aztibb.az-a açıqlamasında koronavirusun insan orqanizmində yaratdığı fəsadlardan danışarkən deyib.

 

“COVID-dən sonra xəstələr uzun müddətli təzyiq yaranmasından, baş, sümük ağrılarından, iştahsızlıq, halsızlıqdan şikayət edir.

 

Aparılmış tədqiqatlara görə, COVID-in qalıcı fəsadlarından biri də mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. O cümlədən söz ehtiyatı azala bilir, ağıl - beyinin fəaliyyəti zəifləyir, hətta Altsheymer xəstəliyinin yaranmasına səbəb ola bilir. Bu sadalanan ağırlaşma, fəsadlardan ən çox mərkəzi sinir sisteminin zədələnməsi zamanı əmələ gələn ağırlaşmaların daimi və ya uzunmüddətli olması tədqiqatlarla təsdiqini tapıb.

 

Təzyiqin qalxması, sümük ağrıları isə müəyyən vaxt keçdikdən sonra nisbətən azalır və aradan qalxa bilir. Son məlumatlara əsasən, bu virus təzyiq xəstəliyinin yaranmasına da səbəb ola bilir. Buna səbəb daxili qatı olan damar endoteli zədələnir, bunun da təzyiqin əmələ gəlməsində müstəsna rolu var. Endotel qatı zədələndiyinə görə, təzyiq xəstəliyinin əmələ gəlməsinə və mövcud təzyiq xəstəliyində təzyiqin daha da artmasına səbəb olacaq vəziyyət yarana bilir.

 

COVID həmçinin qaraciyər, böyrəyi də zədələyə bilir. Ancaq qaraciyər, böyrəkdəki fəsadlar müalicənin gedişində adətən aradan qalxır”.

 

Həkim koronavirusa yoluxanlarda qaraciyər zədələnməsinin həm COVID, həm də virus əleyhinə istifadə olunan dərmanların təsirindən yarana bildiyini qeyd edib:

 

“Qaraciyər zədələnməsi həyati əhəmiyyət kəsb edəcək səviyyədə olmur. Yəni, biz o dərmanları verərkən orqanizmə vurduğumuz zərər və əldə etdiyimiz qazanc olur. Tutaq ki, zərər qaraciyəri müəyyən qədər zədələyə bilir, hansı ki o müalicənin sonrakı gedişində, pasiyent sağaldıqdan sonra tədricən itib gedəcək. Məsələn, koronavirusun müalicəsində ən geniş istifadə edilən dərmanlardan biri favipiravirdir. Bu dərmanların hesabına xəstənin həyatı xilas edilir. Ona görə də yetirilən zərərin yanında əldə etdiyimiz qazanc - insan həyatının xilas edilməsi, xəstəliyin yüngül, ağırlaşmalar olmadan getməsi müqayisə oluna bilməz. İstənilən dərman orqanizm - qaraciyər üçün yükdür. COVID zamanı da kifayət qədər çox dərman istifadəsinə ehtiyac yaranır. Ona görə dərmanların hesabına müəyyən qədər qaraciyər zədələnməsi ola bilir. Ancaq demək olar ki, o zədələnmələrin hamısı sonrakı dövrdə, dərmanların istifadəsini saxladıqda, COVID xəstəliyi sakitləşdikdən sonra keçib gedir. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama