Azərbaycanda koronavirusdan qoruyan elektron maska və süni tənəffüs aparatı hazırlanıb  
11.02.2021 10:38

Ötən il “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində bir neçə məhsul hazırlanıb.

 

Bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

 

Hazırlanan məhsullardan biri elektron qoruyucu maskadır. “E-Mask” adını alan bu respiratorda xüsusi elektron müdafiə sistemi mövcuddur.

 

İki batareya ilə işləyən maskanın ön hissəsində virusların öldürülməsi üçün nəzərdə tutulan elektron cihaz var. Maska xüsusi çip vasitəsilə idarə olunur. Xaricdən burun və ağız boşluğu vasitəsi ilə insan orqanizminə daxil olmağa çalışan viruslar maskanın qoruyucu mexanizmi vasitəsilə əngəllənir və insan orqanizminə daxil olmasının qarşısı alınır. Belə ki, viruslar üzərində olan lipid təbəqəsi maskanın qoruyucu membranından daxil olarkən parçalanır və insan orqanizmi üçün təhlükəsini itirir. Asanlıqla dezinfeksiya oluna bilən bu maska digər tibbi maska və respiratorlardan fərqli olaraq çoxdəfəlik istifadə üçün nəzərdə tutulub. Maskanın sənaye modelində enerji mənbəyinin həcmini və insan hərarətini göstərən ekranın yerləşdirilməsi nəzərdə tutulur.

 

Həmçinin mövcud cari vəziyyəti nəzərə alaraq hava vurulması servo motorla və kompressorla həyata keçirilən iki növ süni tənəffüs aparatı hazırlanıb. Sadə və sürətli şəkildə hazırlana bilən bu cihazlar təcili və təxirəsalınmaz vəziyyətlərdə ən son müdaxilə vasitəsi kimi nəzərdə tutulub. Koronavirus (COVID-19) infeksiyasının ağır formasına məruz qalmış ciyərlərdə intensiv iltihaba görə yaranan kəskin tənəffüs çətinliyi müşahidə olunur və tənəffüs aparatına zərurət yaranır. Hazırlanmış süni tənəffüs aparatları bu kimi hallarda pasiyentlərin istifadəsi üçün nəzərdə tutulub. Hazırlanmış aparatlara İqtisadiyyat Nazirliyinin iştirakı ilə mütəxəssislər tərəfindən baxış keçirilib. Verilən rəy əsasında son təkmilləşdirmə işləri aparılır.

 

Eləcə də üz üçün şəffaf maska hazırlanıb. 3D printer vasitəsilə hazırlanan bu maska ön şəffaf hissə və tac olmaqla 2 hissədən ibarətdir. Maska infeksion xəstəliklərlə mübarizə aparan həkimlər, kütləvi təmasda olan şəxslər, eləcə də satıcılar, kassirlər və ictimai nəqliyyatda çalışan sürücülər üçün nəzərdə tutulub. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır