Həkim-funksionalist: "Epileptik tutmalar zamanı ilk yardım çox önəmlidir"
01.02.2021 15:10
Epilepsiya müasir dövrdə çox yayılmış xəstəlikdir. Bu xəstəlik qıcolma tutmaları ilə müşayət olunur. Epileptik tutmaların səbəbi qıcolma ocağının aktivləşməsi və beynin qıcolmaya hazırlıq həddinin aşağı qıcıq qapısına yaxınlaşması faktorlarından asılıdır. Epileptik tutmaların baş verməsindən öncə aura əmələ gəlir. Auralar müxtəlif olur və epi-ocağın lokalizasiyasından asılıdır.
 
Bunu “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının həkim-funksionalisti Gülər Miriyeva “Epilepsiya zamanı ilk yardım” mövzusunda məlumat verərkən deyib.
 
Onun sözlərinə görə, epilepsiya xəstələrində miqren, depressiya kimi hallar, daha ağır vəziyyətlərdə epileptik psixozlar, affektiv pozğunluqlar, qorxu, aqressiya, ekstatik əhval-ruhiyyə müşahidə oluna bilər. Epileptik tutmalar zamanı ilk yardım – həkim müdaxiləsinə qədərki dövr – çox önəmlidir. İlk növbədə xəstənin rahat nəfəs alması üçün şərait yaradılmalıdır. Xəstə təhlükəsiz vəziyyətdə olmalıdır, tutma bitənə qədər gözləmək lazımdır. Kiçik tutmalar zamanı huşitirmə halları olur və bu qısa müddət davam edir.
 
Tutmalar keçəndən sonra xəstələr zəiflik və halsızlıq hiss edə bilər:
 
"Epilepsiya diaqnozunun qoyulması və epilepsiya sindromunun müəyyən edilməsi üçün elektroensefaloqrofiya (EEQ) müayinəsi aparılması tövsiyə olunur. Bu müayinə epi-ocağın varlığı, lokalizasiyası və ocağın aktivlik dərəcəsi haqqında məlumat verir. Epilepsiya xəstələri normal həyat sürə bilərlər. Onlar ətrafdakılar üçün təhlükəli deyillər. Bu xəstələr mümkün qədər stresdən uzaq olmalı və onların yuxu rejimi tənzimlənməlidir".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama