Bölgələrdə vaksinasiya prosesi uğurla icra olunur
23.01.2021 21:55

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq, ölkəmizin bütün bölgələrində vaksinasiya prosesinin birinci mərhələsinə start verilib.

 

Qəbələdə əhalinin peyvəndlənməsi ötən il istifadəyə verilən modul tipli xəstəxana kompleksində həyata keçirilir. İlkin mərhələdə rayona 900 doza vaksin gətirilib. Vaksinasiya kampaniyasının ilk günlərində rayonda 450 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir. 

 

Masallıda iki gün ərzində COVID-19 infeksiyasına qarşı 313 nəfər peyvənd olunub. Peyvəndin ikinci dozası 21 gündən sonra tətbiq ediləcək.

 

Xaçmaz rayonunda vaksinasiyanın başlandığı bu günlərdə artıq 100-dən çox tibb işçisinə peyvəndin ilk dozası vurulub. Rayon Mərkəzi Xəstəxanasında yaradılan vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

 

Tərtərə isə ilkin mərhələdə 347 doza vaksin gətirilib. Vaksinasiya kampaniyasının ilk günlərində rayonda 128 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir. 

 

Gədəbəydə də vaksinasiyaya başlanılıb. Bu mühüm tədbirlə bağlı rayon mərkəzi xəstəxanasının İnfeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə xüsusi vaksin otaqları və peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Hazırda rayonda strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri peyvənd olunur.

 

Mingəçevir şəhərində 3 vaksinasiya məntəqəsi və hər birində isə 8 vaksinasiya otağı var. Bütün məntəqələrdə tibb işçiləri vaksinasiyaya cəlb olunub. Gün ərzində 180-200 nəfər peyvəndlənir. 

 

Gəncə, Göygöl, GoranboyAğstafada da vaksinasiya prosesinə start verilib. Peyvəndin əks təsiri olmadığını bilən tibb işçiləri ilk olaraq bu aksiyaya özləri könüllü qoşulublar. Vaksin olunmuş vətəndaşlar 30 dəqiqə ərzində gözlənilir və hər hansı bir problem olmazsa, evə göndərilir. 

 

Qeyd edək ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə - səhiyyə işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilmiş heyətə könüllülük əsasında vurulur.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb