"COVID-19 pandemiyası zamanı artıq ölüm hallarının qarşısının alınması” layihəsi ilə bağlı onlayn görüş
23.01.2021 11:06

22 yanvar tarixində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyi “PROACT-Care - COVID-19 pandemiyası zamanı artıq ölüm hallarının qarşısının alınması” layihəsinin milli və beynəlxalq tərəfdaşları ilə birinci onlayn koordinasiya görüşü keçirib.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumatda bildirilib ki, görüşdə ötən ilin avqust və dekabr aylarında baş tutmuş ehtiyacların qiymətləndirilməsi missiyalarının nəticələri tərəfdaşlarla paylaşılıb, Şamaxı və digər rayonlarda ilkin səhiyyə xidmətinin uzunmüddətli perspektivlərinə dair təqdimat keçirilib və atılacaq növbəti addımlar müzakirə edilib.

 

Təqdimatlarda dayanıqlı ilkin səhiyyə modelinin yaradılmasının insanların həyatlarının xilas edilməsi və iqtisadi itkilərin qarşısının alınmasındakı əhəmiyyəti vurğulanıb.

 

Video görüşdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Dr. Ramin Bayramlı, ÜST-ün Azərbaycandakı Nümayəndəsi Dr. Hande Harmancı, TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Dr. Firəngiz Əliyeva,Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin müdiri Dr. Teymur Musayev mövzu ətrafında çıxış edib.

 

Tədbirdə həmçinin layihənin digər tərəfdaşları, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin, BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Dr. Fərid Babayev, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Ehtiram Rüstəmzadə, layihənin donorları olan USAID, UK Aid, RoAid və digər təşkilat və tibbi qurumların təmsilçiləri iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır