Astarada COVID-19 infeksiyasına qarşı vaksinasiyaya başlanılıb
21.01.2021 12:13

Yanvarın 21-də Astara Rayon Mərkəzi Xəstəxanasında COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin vaksinasiya kampaniyasına başlanılıb. Xəstəxananın infeksion şöbəsində birinci növbədə rayonun tibb işçiləri peyvənd olunurlar.

 

Astara Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Oktay Əmənullayevin sözlərinə görə, rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 5 peyvənd, təcili yardım və post vaksinasiya otaqları ayrılıb. Xəstəxanada peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

 

Rayonda peyvəndləmə işlərinə 8 həkim, 15 tibb işçisi cəlb olunub. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə onlayn qeydiyyatdan keçdikdən və həkimlər tərəfindən müayinə olunduqdan sonra peyvənd olunurlar. Peyvənd olunan şəxs 30 dəqiqə ərzində post vaksinasiya otağında qaldıqdan sonra evə buraxılır.

 

Günün birinci yarısında xəstəxanada 78 nəfər tibbi işçisinə peyvəndin birinci dozası vurulub. Gün ərzində isə bu rəqəmin 200 nəfərə çatdırılması nəzərdə tutulur. Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır