ÜST-dən koronavirusun yeni mutasiyaları ilə bağlı HESABAT 
20.01.2021 16:42
Koronavirusun Britaniya ştammı artıq 60 ölkə və ərazidə aşkar edilib.
 
Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik hesabatında bildirib.
 
"12 yanvar tarixindəki son yeniləmədən bu yana daha 10 ölkədə/ərazidə VOC-202012/01 mutasiyası aşkar edilib. Bu günə qədər ÜST-nin altı bölgəsində 60 ölkə bu ştammın aşkar olunduğunu bildirib”, - təşkilatın saytında dərc olunan sənəddə deyilir.
 
ÜST həmçinin ilk dəfə Cənubi Afrikada aşkar edilən koronavirusun digər mutasiyası olan 501.V2 ştammının daha üç ölkədə tapıldığını açıqlayıb. Qeyd olunur ki, hazırda COVID-19-un bu variantının aşkar edildiyi ölkələrin sayı 23-ə çatıb.
 
Hesabata əsasən, son bir həftə ərzində dünyada 4,7 milyondan çox yeni yoluxma hadisəsi qeydə alınıb. Bu rəqəm bir həftə əvvələ nisbətən 6 % azdır. Eyni zamanda ölüm sayı rekord səviyyəyə çatıb - 93 mindən çox olub. Bu isə öncəki hesabatla müqayisədə 9 % çoxdur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır