AMEA-da vaksinlərlə məşğul olan iki beynəlxalq laboratoriya fəaliyyət göstərir
04.08.2020 22:20

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) vaksinlərlə məşğul olan iki beynəlxalq laboratoriya fəaliyyət göstərir. Bu labaratoriyalarda çalışan mütəxəssislər, həmçinin dünyanın aparıcı elmi tədqiqat müəssisələrində vaksinlərin hazırlanmasında yaxından iştirak edirlər.

 

Aztibb.az xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, MBBİ-nin direktoru, akademik İradə Hüseynova  avqustun 4-də “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda məlumat verib.

 

Vitse-prezident, həmçinin vurğulayıb ki, MBBİ-də, eləcə də AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda koronavirus genomunun oxunması üçün zəruri olan bütün imkanlar mövcuddur.

 

İradə Hüseynova bu genomların verilənlər bazalarında olan məlumatlarla müqayisəli təhlil olunması prosesini həyata keçirmək üçün akademiyada yüksəkixtisaslı kadrların fəaliyyət göstərdiyini də bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır