COVID-19 pandemiyası bir milyard tələbə və şagirdin təhsilinə mane olub
04.08.2020 14:37

Koronavirus pandemiyası səbəbindən məktəb və ali təhsil müəssisələrinin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və şagirdin təhsil prosesinə mane olub.

 

Aztibb.az xəbər verir ki, bu rəqəmi BMT-nin Baş katibi Antoniu Quterriş iyul ayının ortalarına olan məlumata əsasən deyib. Onun sözlərinə görə, bundan başqa, dünya üzrə azı 40 min uşaq məktəbəqədər hazırlıqdan məhrum olub. Dərsləri onlayn, radio və televiziya vasitəsi ilə keçmək cəhdləri bütün təhsil alanları əhatə etməyib. Hələ pandemiyadan öncə məktəbli yaşına çatmış 250 milyondan çox uşaq təhsil almaq imkanından məhrum olub, inkişaf etməkdə olan ölkələrdə isə uşaqların yalnız 25 faizi məktəbi bitirərək lazımi baza təhsili ala bilib.

 

“Dünya böyük insan potensialının istifadəsiz qalması, qeyri-bərabərliyin kəskinləşməsi və təhsildə əldə olunan irəliləyişin itirilməsi ilə nəticələnə biləcək “nəsil fəlakəti” ilə üzləşib”, - deyə Antoniu Quterriş xəbərdarlıq edib.

 

Baş katib bu səbəbdən BMT-nin “Gələcəyimizi qoruyaq” şüarı altında yeni proqramının başladığını bildirib və COVID-19 pandemiyası nəzarət altına alındıqdan sonra bütün ölkələri məktəbləri açmağa çağırıb. Təşkilat bu işdə onlara kömək etməyə söz verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır