Dünya ictimaiyyəti "yeni çağırışlar", koronavirusun yeni ştammları ilə qarşılaşacaq - ÜST rəhbəri
29.12.2020 09:33

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, dünya ictimaiyyəti 2021-ci ildə Böyük Britaniya və Cənubi Afrikada Respublikasında aşkar olunanlar da daxil olmaqla koronavirusun yeni ştammlarının araşdırılmasına diqqət yetirməlidir.

 

Aztibb.az-ın məlumatına görə, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinq zamanı deyib.

 

O qeyd edib ki, 2021-ci ildə dünya ictimaiyyəti "yeni çağırışlar", o cümlədən koronavirusun yeni ştammları ilə qarşılaşacaq:

 

"Hazırda biz virusda baş verən dəyişiklikləri, bu dəyişikliklərin virusun yayılmasına və insanlarda xəstəlik yaratmasına necə təsir etdiyini daha yaxşı anlamaq üçün dünyanın bir çox yerindəki alimlərlə işləyirik".

 

Qebreyesus Böyük Britaniya və Cənubi Afrikada Respublikasına "sınaqlar keçirərək yeni ştammları aşkarladıqlarına görə" təşəkkür edib. ÜST rəhbəri dövlətləri epidemioloji və koronavirusun aşkar edilən yeni ştammlarının genomik ardıcıllığına dair məlumatları "ÜST və digər ölkələrlə bölüşməyə" çağırıb. Onun sözlərinə görə, dövlətlər "yeni elmi məlumatları şəffaf şəkildə paylaşdıqlarına görə cəzalandırılmamalıdırlar".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır