“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” beynəlxalq konfransı keçiriləcək
31.07.2020 15:03

4-5 avqust 2020-ci il tarixlərində “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək.

 

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın müşaviri, Yüksək Texnologiyalar Parkının direktoru, akademik Əli Abbasov, eləcə də Azərbaycan Respublikasının Səhiyyə naziri tibb elmləri doktoru, professor Oktay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri tibb üzrə fəlsəfə doktoru Ramin Bayramlı və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin iştirakı nəzərdə tutulub.

 

“Zoom” platforması üzərindən baş tutacaq tədbirin birinci günündə AMEA-nın müxbir üzvü Nuru Bayramov, prof. İsmayıl Zülfüqarov, AMEA-nın müxbir üzvü Pənah Muradov və b.ü.f.d. Ələmdar Məmmədovun, ikinci günündə isə prof. Ulduz Həşimova, b.ü.f.d. Samirə Rüstəmova, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Mehrac Abbasovun moderatorluğu ilə plenar və seksiya iclaslarında çıxışlar təqdim olunacaq.

 

Onlayn tədbirdə “Koronavirusların genomlarının ümumi struktur təşkili”, “Azərbaycanın antiviral bitkiləri və onların istifadə yolları”, “Uşaqlarda yeni koronavirus infeksiyası”, “COVID-19 – yeni tipli koronavirus infeksiyasının diaqnostika, müalicə və spesifik profilaktika problemləri”, “Azərbaycan Respublikası ərazisində COVID-19 infeksiyasının yayılma dinamikasının statistik analizi”, “COVID-19 pandemiyası çağırışları: immun sisteminin qiymətləndirilməsinə yeni yanaşma”, “Azərbaycanda onkoloji xəstələr arasında COVID-19 infeksiyasının yayılma xüsusiyyətləri” və digər mövzularda Azərbaycan, rus və ingilis dillərində məruzələr dinləniləcək. Həmçinin SARS-Cov-2 virusuna qarşı klinik və pre-klinik tədqiqatlar mərhələsində olan vaksin və dərman preparatları, COVID-19 infeksiyasının klinik özəllikləri və özünü doğrultmuş müalicələr, COVID-19 pnevmoniyasının diaqnostikasında döş qəfəsinin rentgenoqrafiya və kompüter tomoqrafiya müayinələrin imkanlarının öyrənilməsi, SARS-CoV-2 və digər koronavirusların membran zülallarının bioinformatik müqayisəsi ilə bağlı müzakirələr aparılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub