Səhiyyə Nazirliyi COVID-19-la bağlı yeni platforma yaratdı
30.07.2020 10:32

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, eləcə də ATU və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı və BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə distant təhsil imkanlarını yaradıb genişləndirilmək məqsədilə www.ecourses.az distant təlim kursları platforması yaradılaraq istifadəyə verilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, hazırda onlayn platformada 15-dən çox təlim kursu təklif edilir və onların 10-u birbaşa COVID-19 virusunun profilaktika, müayinə və müalicəsi ilə bağlıdır.

 

Platforma müxtəlif ixtisaslar üzrə tibb işçiləri üçün distant sertifikatlı və sertifikatsız təlim kurslarına keçid təqdim edib, tibb işçilərinin koronavirusa aid biliklərinin artırılması üçün geniş imkanlar yaradıb.

 

COVID-19 virusu haqqında bilik və təcrübə hər saatla genişləndiyi və dəyişdiyi səbəbindən tibb işçiləri və əhalinin davamlı məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Müntəzəm olaraq, həm əhalinin tibbi savadının artırılması, həm də həkimlər və orta tibb personalının peşəkar bacarıqlarının inkişaf etdirilməsi infeksiya ilə mübarizədə əhəmiyyətli rol oynayır.


Onu da qeyd etmək lazımdır ki, yeni təlim onlayn-platformasına, həmçinin nevrologiya, radiologiya, infeksion xəstəliklər, kardiologiya və digər ixtisaslar üzrə müxtəlif kursların əlavə edilməsi nəzərdə tutulur.

 

Distant təlim kurslarına onlayn qeydiyyat www.ecourses.az portalı vasitəsilə həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır