ÜST-ün nümayəndəsi Gəncədə erməni terrorundan əziyyət çəkən şəxslərlə görüşüb
12.12.2020 18:18

Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Ermənistan silahlı qüvvələrinin mülki əhalini raket atəşinə tutması nəticəsində zərər çəkən şəxslərlə görüşüb.

 

ÜST-nin rəsmisi erməni terrorunun qurbanı olan şəxsləri müvəqqəti məskunlaşdıqları yataqxanada ziyarət edib.

 

Sakinlərlə söhbət edən Hande Harmancı xəstəliklə mübarizə üsullarından danışıb. O, COVID-19-a qarşı qabaqlayıcı tədbirlərin önəmini vurğulayıb, sosial məsafənin saxlanılması, tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət edilməsinin vacibliyini bir daha xatırladıb.

 

Yeni növ koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyətin ümidverici olduğunu vurğulayan Hande Harmancı deyib: “Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır və qısa zamanda peyvəndin gətirilməsinə başlanacaq”.

 

Bununla belə Hande Harmancı bildirib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir.

 

"Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq "işıq görünür". Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi ilə xəstəlik bitməyəcək. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman ala bilər. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir”, – deyə o, qeyd edib.

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisi tərəfindən yataqxanada müvəqqəti məskunlaşan ailələrə koronavirusla mübarizə üçün bir sıra tibbi və gigiyenik ləvazimatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır