Gəncədə sakinlərə tibbi maskalar paylanılıb
01.12.2020 21:17

Yeni növ koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq Gəncədə qabaqlayıcı və maarifləndirici tədbirlər davam edir. İnfeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi, sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə YAP Gəncə şəhər təşkilatının könüllüləri xüsusi aksiya keçiriblər.

 

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş aksiya çərçivəsində gənclər əhalinin daha çox toplaşdığı yerlərdə olub, mərkəzi küçələrdə, əhalinin gur toplandığı digər ictimai məkanlarda insanlara tibbi maskalar paylayıblar.

 

Həmçinin, vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək özlərinin, yaxınlarının sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılıb.

 

Şəhərin müxtəlif ərazilərində həyata keçirilən aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır