İmmun dərmanlarının qeyri-düzgün qəbulu hansı nəticələrə gətirib çıxara bilər? - Professordan maraqlı AÇIQLAMALAR
27.07.2020 14:04

İmmun dərmanları, stimullaşdırıcıların qeyri-düzgün qəbulu ağır nəticələrə gətirib çıxara bilər.

 

Bunu Aztibb.az-a müsahibəsində AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva deyib.

 

Onun sözlərinə görə, profilaktika üçün pereparat qəbuluna ehtiyac yoxdur. İmmunitet həqiqətən zəifləyibsə, o zaman stimullaşdırmaq lazımdır: “İmmunitet ağır xəstəliklərdən sonra aşağı düşür və bu zaman ona stimulyatorlar lazım olur. Qalan vaxtlarda isə sağlam həyat tərzi və vitamin qəbul etmək yetərlidir”.

 

Səyyarə İbadullayeva bildirib ki, immunoloji müdafiə şərti olaraq 2 kateqoriyada təsnif olunur: anadangəlmə və qazanılmış.

 

Anadangəlmə yaxud qeyri-spesifik (təbii, qeyri-adaptiv) immun sistemi orqanizmin bioloji aqressiyadan qorunmasının ilkin mərhələsini təşkil edir. Anadangəlmə immun sisteminin komponentləri insan və heyvan anadan doğularkən orqanizmdə hazır şəkildə mövcud olur və onlar tərəfindən antigenə qarşı mübarizə tez bir zamanda, heç bir hazırlığa ehtiyac olmadan baş verir.

 

Qazanılmış yaxud spesifik immun sistemi müdafiənin sonrakı mərhələsini təşkil edir.

 

Qazanılmış immun sistemi limfositlər tərəfindən orqanizmin ontonogezində fərdi inkişafı dövründə formalaşır. O anadangəlmə immun sitemindən yüksək spesifikliyə və yaddaşa malik olmasına görə fərqlənir. Bu zaman orqanizmə daxil olmuş hər bir antigenin özünə qarşı xüsusi immunoloji cavab reaksiyaları yaradılır. Antigenlə qarşılaşma immun sisteminin yaddaşında saxlanılır və antigenlə ikinci dəfə qarşılaşma olarsa, ona qarşı daha güclü müdafiə təşkil olnunur.

 

İnsan qanı əsasında yaradılmış immun preparatları yüksək səviyyədə interferon hazırlanmasına yönəldilib. İnterferon zülalı həm virusların çoxalmasının qarşısını alır, həm də immunostimulyator rolu oynayır. Bu, əyani şəkildə göstərir ki, immun dərmanlarının, stimullaşdırıcıların qeyri-düzgün qəbulu hansı nəticələrə aparıb çıxara bilər.

 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib