Naxçıvanda risk qrupuna aid şəxslərə qrip əleyhinə peyvənd vurulur
26.11.2020 13:26

2020-2021-ci illərin payız-qış mövsümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə ardıcıl işlər görülür.

 

Muxtar Respublikanın Səhiyyə Nazirliyindən bildirilib ki, nazirlik tərəfindən hamilələr, xroniki xəstələr, tibb işçiləri, uşaq və yeniyetmə müəssisələrində çalışan şəxslərə qrip peyvəndinin vurulması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya tibb müəssisələrinin baş həkimləri də daxil edilib, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.

 

Hazırda risk qrupuna aid şəxslərə qrip əleyhinə peyvənd vurulması davam etdirilir. İlkin mərhələdə tibb və Naxçıvan şəhər uşaq bağçalarının işçilərinə qrip əleyhinə peyvənd edilib.

 

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, risk qrupuna daxil olan şəxslərə qrip peyvəndinin vurulmasının icrası məqsədilə yaradılmış komissiyanın sədri Zeynəb Mustafayeva vaksinasiya prosesinin bütün dünyada həyata keçirildiyi, risk qruplarının mütləq peyvənd edilmələrinin vacibliyini bildirib.

 

Qrip peyvəndinin vurulması noyabr ayının sonunadək davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır