Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300-ü ötüb  
14.10.2026 13:08

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusuna yoluxma nəticəsində 4 381 nəfər ölüb, yoluxma hallarının sayı isə 9066-ya çatıb.

 

Aztibb.az-ın apnews.com-a istinadla xəbərinə görə, sentyabrın sonunda ölkədə 3 900 ölüm və 8 000 yoluxma halı qeydə alınmışdı. Ölüm hallarının artması səhiyyə işçiləri və dövlət rəsmiləri arasında narahatlıq yaradıb. Bildirilir ki, ölüm hallarının əhəmiyyətli hissəsi tibb müəssisələrindən kənarda baş verir.

 

“Ebola” epidemiyası mayın 15-də KDR-in İturi əyalətində elan edilib. Sonradan xəstəlik ölkənin digər əyalətlərinə və qonşu Uqandaya yayılıb.

 

ÜST-nin qiymətləndirməsinə görə, hazırkı epidemiya sürətlə yayılması ilə diqqət çəkir və 11 mindən çox insanın həyatına son qoymuş əvvəlki böyük “Ebola” epidemiyasının miqyasına çata bilər.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir