Səhiyyə əməkdaşları YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrasına sadiqdirlər  
14.10.2026 10:38

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının M. Qasımov küçəsi 1 B ünvanı üzrə (Kliniki Tibbi Mərkəz) ərazi partiya təşkilatının müşavirəsi keçirilib. Bakı Slavyan Universitetinin konfrans zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələr müzakirə olunub.

 

Bu məlumat Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən verilib.

 

Bildirilib ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Dövlət Himni səsləndirilib.

 

Müşavirəni giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri, Kliniki Tibbi Mərkəzin baş həkimi Hüseyn Məsimov VIII Qurultayda müəyyənləşdirilən prioritetlərin ölkənin gələcək inkişafı və partiyanın fəaliyyət istiqamətləri baxımından əhəmiyyətini vurğulayıb.

 

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında VIII Qurultayın tarixi əhəmiyyətindən danışaraq Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrasında partiya təşkilatlarının məsuliyyətini diqqətə çatdırıb. İdeoloji işin gücləndirilməsi, sosial şəbəkələrdə fəallığın artırılması, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhid ailələri və qazilərə diqqət göstərilməsi əsas prioritetlər kimi qeyd olunub.

 

Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov çıxışında təhsilin və vətənpərvərliyin ideoloji təhlükəsizliyin təmin olunmasındakı roluna toxunub. O bildirib ki, səhiyyə əməkdaşları əhaliyə keyfiyyətli tibbi xidmət göstərməklə yanaşı, cəmiyyətin sağlamlığının qorunmasına, milli-mənəvi dəyərlərin təbliğinə və dövlətçilik ənənələrinin yaşadılmasına da töhfə verməlidirlər.

 

Kliniki Tibbi Mərkəzin Qan Bankının müdiri, Həmkarlar İttifaqının sədri Arifə Məmmədova isə çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsindən, Azərbaycanın müstəqil xarici siyasətindən və iqtisadi qüdrətinin beynəlxalq nüfuzunun möhkəmlənməsindəki rolundan bəhs edib. O, səhiyyə işçilərinin həmrəyliyinin, sosial məsuliyyətinin və dövlət siyasətinə dəstəyinin əhəmiyyətini vurğulayıb.

 

Müşavirədə qeyd olunub ki, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi çağırışlar səhiyyə sahəsində çalışanlar üçün də mühüm istiqamətverici əhəmiyyət daşıyır. Vətəndaşların sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin təbliği və dövlətçilik prinsiplərinə sədaqət səhiyyə əməkdaşlarının fəaliyyətində əsas prioritetlərdəndir.

 

Səhiyyə əməkdaşları YAP-ın müəyyənləşdirdiyi hədəflərin həyata keçirilməsinə, milli həmrəyliyin möhkəmləndirilməsinə və ölkəmizin davamlı inkişafına öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.

 

Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir