“Onkorna” xərçəng əleyhinə vaksininin 2027-ci ildən icbari tibbi sığorta proqramına daxil edilməsi planlaşdırılır
14.10.2026 14:41

Rusiyada kolorektal xərçəngin müalicəsi üçün nəzərdə tutulan “Onkorna” mRNT vaksininin 2027-ci ildən icbari tibbi sığorta proqramına daxil edilməsi planlaşdırılır.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, bu barədə Rusiya İcbari Tibbi Sığorta Federal Fondunun sədr müavini Olqa Tsaryova Federasiya Şurasının sosial siyasət komitəsinin iclasında məlumat verib.

 

“Gələn il fərdiləşdirilmiş müalicə üsullarının əhatəsini digər vaksinlər, o cümlədən Federal Tibbi-Bioloji Agentliyinin (FMBA) mütəxəssisləri tərəfindən hazırlanmış ‘Onkorna’ və digər preparatlar hesabına genişləndirməyi planlaşdırırıq”, – deyə fondun nümayəndəsi bildirib.

 

Nəzərdə tutulur ki, bu müalicə ilə bağlı xərclər icbari tibbi sığorta sistemi tərəfindən qarşılanacaq, müalicə isə federal tibb müəssisələrində aparılacaq. Tsaryova vurğulayıb ki, müvafiq tibbi göstərişlər olduğu halda, Rusiya vətəndaşlarının hamısı bu tibbi yardımdan yararlanmaq imkanına malik olmalıdır.

 

“Onkorna” pasiyentin şişinin xüsusiyyətləri nəzərə alınmaqla fərdi qaydada hazırlanan mRNT vaksindir. Preparat xəstəliyin profilaktikası üçün deyil, artıq diaqnoz qoyulmuş xərçəngin müalicəsi məqsədilə nəzərdə tutulub.

 

Federal Tibbi-Bioloji Agentlik bu preparatın klinik tətbiqinə 2026-cı ilin aprelində icazə alıb. Vaksin ən azı iki mərhələ şişəleyhinə müalicə almış, metastatik kolorektal xərçəngi olan yetkin pasiyentlər üçün nəzərdə tutulub.

 

Bundan əlavə, preparat mikrosatellit qeyri-sabitliyi (MSI-H) olan şişlərdə immun nəzarət nöqtələrinə təsir göstərən dərmanlarla birlikdə istifadə oluna bilər. Preparatın təyin edilməsi barədə qərarı xəstəliyin xüsusiyyətlərini nəzərə alaraq həkim verir.

 

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İnvaziv kardioloq İlqar Tahiroğlu AZTV-yə müsahibə verib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir