Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında təlim: “Tibb işçisinin peşəkar davranış qaydaları”   
08.10.2026 14:00
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında tibb işçilərinin peşəkar davranış və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, pasiyentlərlə düzgün və etik münasibətin formalaşdırılması məqsədilə “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib.
 
Bu barədə Aztibb.az-a Biləsuvar RMX-dann bildirilib.
 
Qeyd olunub ki, təlim zamanı tibb işçilərinə peşə etikası, pasiyentlərlə nəzakətli və düzgün ünsiyyətin qurulması, pasiyent hüquqlarına və məxfiliyinə riayət olunması, konfliktli vəziyyətlərdə düzgün davranış, həmkarlarla qarşılıqlı hörmət və əməkdaşlıq, iş intizamı və peşəkar məsuliyyət kimi məsələlər barədə ətraflı məlumat verilib.
 
Həmçinin pasiyent məmnuniyyətinin artırılmasında tibb işçisinin davranışının rolu, müraciətlərin diqqətlə dinlənilməsi və pasiyentlərə anlayışla yanaşılmasının əhəmiyyəti vurğulanıb.
 
Təlim çərçivəsində gündəlik iş prosesində qarşılaşa biləcək müxtəlif situasiyalar müzakirə olunub və belə hallarda peşəkar davranış qaydalarına uyğun hərəkət etməyin vacibliyi diqqətə çatdırılıb.
 
Biləsuvar Rayon Mərkəzi Xəstəxanası olaraq pasiyentlərə keyfiyyətli tibbi xidmət göstərilməsi ilə yanaşı, yüksək peşəkarlıq, etik davranış və sağlam ünsiyyət prinsiplərinin qorunmasını daim diqqətdə saxlayırıq.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Diabet və böyrəklər: səssiz təhlükə
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?