Gəncə ŞBX-da "Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda maarifləndirici təlimlər davam etdirilir
06.10.2026 13:18

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin orta və kiçik tibb heyəti üçün peşəkar bilik və bacarıqlarının, etik davranış və xidmət mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda maarifləndirici təlimlər davam etdirilir.

 

Gəncə ŞBX-dan Aztibb.az-a bildirilib ki, Tibb bacıları şöbəsinin müdiri Güney Əzizova və Keyfiyyətə nəzarət üzrə məsul şəxs, təlim koordinatoru Ənvər Abbasov tərəfindən təşkil edilən təlim bu dəfə Perinatal Mərkəzin tibb işçiləri üçün keçirilib və tibb işçilərinin peşə fəaliyyətində qarşılaşdıqları əsas davranış və etik məsələləri əhatə edib.

 

Təlimin əsas məqsədi əməkdaşların peşəkar davranış və etik qaydaları, pasiyentlərlə düzgün ünsiyyət, xidmət mədəniyyəti, tibb müəssisələrində sanitar-gigiyena tələbləri və bu istiqamətdə nəzarətin təşkili barədə məlumatlılığı artırmaq olub.

 

Təlim zamanı tibb işçisinin peşəkar görünüşünün mühüm tərkib hissəsi olan geyim qaydalarına xüsusi diqqət yetirilib. Tibbi geyimin səliqəli, təmiz və müəyyən edilmiş tələblərə uyğun olmasının həm işçinin peşəkar imicinin, həm də pasiyentlərdə tibb müəssisəsinə olan etimadın formalaşmasında əhəmiyyətli olduğu qeyd olunub.

 

Eyni zamanda, orta və kiçik tibb heyətinin peşə fəaliyyətində rəhbər tutmalı olduğu əsas davranış və etik prinsiplər diqqətə çatdırılıb.

 

Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, əməkdaşları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasında təlim: “Tibb işçilərinin peşəkar davranış qaydaları”   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb