Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
27.09.2026 16:00
Lerik Rayon Mərkəzi Xəstəxanasında “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Lerik RMX-nın baş tibb bacısı E. Babayeva və müəssisədaxili təlimlərin təşkili üzrə koordinatoru A. Hüseynov tərəfindən keçirilən təlimdə əməkdaşların peşəkar inkişafının və iş fəaliyyətində etik prinsiplərə riayət olunmasının dəstəklənməsi məqsədilə pasiyentlərlə davranış deontologiyası mövzusunda maarifləndirici təlim keçirilib.
 
Təlim zamanı tibb işçilərinin pasiyentlərlə düzgün və etik ünsiyyəti, pasiyent hüquqlarına hörmət, tibbi məlumatların məxfiliyinin qorunması, peşəkar davranış prinsipləri və komanda daxilində effektiv kommunikasiya kimi mühüm məsələlər müzakirə olunub.
 
İnteraktiv formatda təşkil olunan görüşdə real iş situasiyaları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və müxtəlif yanaşmalar müzakirə edilib.
 
Təlimin əsas məqsədi tibb işçilərində peşə etikası, məsuliyyətli davranış və pasiyent yönümlü yanaşma prinsiplərinin daha da möhkəmləndirilməsinə töhfə vermək olub.
ÇOX OXUNANLAR
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
Elmi fəaliyyətə dair hesabatların elektronlaşması üzrə təlim
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
 Şirvan Şəhər Mərkəzi Xəstəxanasında daha bir lor əməliyyatı uğurla icra olunub   
Laparoskopik xolesistektomiya zamanı öd yolları zədələnən pasiyentə rekonstruktiv cərrahi əməliyyat icra olunub
 Sabirabad RMX-da “Etik davranış qaydaları və xidmət mədəniyyəti” mövzusunda maarifləndirici təlim keçirilib    
90 yaşlı alimlə MÜSAHİBƏ
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb