Xalların dəyişməsi dəri xərçənginin əlaməti ola bilər
09.08.2026 21:43

Ətli xalların (nevusların) böyük əksəriyyəti xoşxassəli olur. Lakin onların forma, rəng və ölçüsündə dəyişiklik, qaşınma və ya qanama müşahidə edilərsə, dermatoloq tərəfindən müayinə olunmaq vacibdir.

Aztibb.az xəbər verir ki, xalın asimmetrik olması, kənarlarının qeyri-müntəzəm görünməsi, rənginin dəyişməsi, diametrinin böyüməsi və zamanla digər dəyişikliklərin yaranması dəri xərçəngi, xüsusilə melanoma baxımından qiymətləndirilməlidir.

Ətli xalın götürülməsi tibbi və ya estetik səbəblərlə həyata keçirilə bilər. İstifadə olunan üsul xalın ölçüsündən, dərinliyindən və şübhəli olub-olmamasından asılıdır. Cərrahi eksiziya zamanı xal lokal anesteziya altında çıxarılır və götürülən toxuma patoloji müayinəyə göndərilə bilər. Səthi və aşağı riskli xallarda isə digər üsullardan, o cümlədən traşlama tətbiq edilə bilər.

Lazer və elektrokoaqulyasiya bəzi səthi xallarda istifadə olunsa da, şübhəli törəmələrdə bu üsullar uyğun hesab edilmir. Çünki toxuma nümunəsinin patoloji müayinəsi mümkün olmaya bilər.

Mütəxəssislər xalı ev şəraitində ip, kəsici alət və digər üsullarla götürməyə cəhd etməməyi tövsiyə edirlər. Bu, qanaxma və infeksiya ilə yanaşı, şübhəli törəmənin vaxtında aşkarlanmasını da gecikdirə bilər.

Xal götürüldükdən sonra nahiyənin təmiz saxlanılması, həkimin tövsiyələrinə əməl edilməsi və xüsusilə açıq nahiyələrdə günəşdən qorunmaq vacibdir. Sağalma zamanı yüngül qızartı, həssaslıq və qabıqlanma müşahidə oluna bilər.

Xalın qısa müddətdə böyüməsi, rəng və formasının dəyişməsi, öz-özünə qanaması, ağrı və ya davamlı qaşınma yaranması zamanı dermatoloqa müraciət edilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır