İnsan beyni böyük ölçülü şəkilləri daha yaxşı xatırlayır
10.08.2026 10:21

İsrailli alimlərin araşdırmasına görə, insan beyni böyük ölçülü görüntüləri kiçik görüntülərlə müqayisədə daha yaxşı yadda saxlayır. Bu nəticə görüntünün keyfiyyətindən və tərkibindəki məlumatın miqdarından asılı olmayıb.

Aztibb.az xəbər verir ki, Bar-İlan Universitetinin alimləri 18-40 yaş arasında 182 nəfərin iştirakı ilə yeddi eksperiment keçiriblər. İştirakçılara müxtəlif şəkillər yalnız bir dəfə göstərilib və onların yaddaş reaksiyaları araşdırılıb.

Nəticələr göstərib ki, böyük görüntülər kiçik görüntülərdən təxminən 1,5 dəfə daha yaxşı yadda qalıb. Maraqlıdır ki, böyük, lakin bulanıq şəkillər də kiçik və daha aydın görüntülərdən üstün olub.

Alimlər hesab edir ki, görüntünün ölçüsü beynin vizual emal üçün ayırdığı resurslara təsir göstərə bilər. Bu səbəbdən böyük ekranlarda nümayiş etdirilən videoların da kiçik ekranlarla müqayisədə daha yaxşı yadda qalması mümkündür.

Tədqiqat müəllifləri bildirirlər ki, nəticələr elektron təhsil üçün də əhəmiyyət daşıyır. Xüsusilə dərs materiallarının smartfon kimi kiçik ekranlarda öyrənilməsi böyük ekranla müqayisədə daha az effektiv ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır