Yuxusuzluğu necə müalicə etmək olmaz?
09.08.2026 16:40

Yuxusuzluqdan əziyyət çəkən insanların spirtli içki qəbul etməsi, sakitləşdirici dərmanlardan nəzarətsiz istifadə etməsi və gündüz uzun müddət yatması vəziyyəti daha da pisləşdirə bilər.

Aztibb.az xəbər verir ki, nevroloqlar yuxuya getmək üçün spirtli içkidən istifadə etməyin sinir sisteminə mənfi təsir göstərdiyini və asılılıq riskini artırdığını bildirirlər. Nəzarətsiz sakitləşdirici preparatların qəbulu isə yuxu rejimini poza, diqqət və konsentrasiyanı zəiflədə bilər.

Gündüz 2-3 saat yatmaq da tövsiyə edilmir. Belə yuxu orqanizmin sirkadiyalı ritmlərini daha da poza və gecə yuxuya getməyi çətinləşdirə bilər.

Mütəxəssislər yuxusuzluq zamanı yuxu gigiyenasına riayət etməyi tövsiyə edirlər. Yataq əsasən yuxu üçün istifadə olunmalı, təxminən 15 dəqiqə ərzində yuxuya getmək mümkün olmadıqda yataqdan qalxaraq sakit və monoton fəaliyyətlə məşğul olmaq məsləhətdir.

Yataq otağı sərin, sakit və mümkün qədər qaranlıq olmalıdır. Yatmazdan təxminən iki saat əvvəl telefon, planşet və digər elektron cihazlardan istifadə məhdudlaşdırılmalı, otaqda mavi işıq mənbələri aradan qaldırılmalıdır.

Gün ərzində fiziki aktivlik də vacibdir. Xüsusilə oturaq həyat tərzi keçirən şəxslərə gündə ən azı 30 dəqiqə aerob fiziki fəaliyyət tövsiyə olunur. Lakin intensiv məşqləri yatmazdan bir neçə saat əvvəl deyil, gün ərzində etmək daha məqsədəuyğundur.

Həmçinin yatmazdan ən azı iki saat əvvəl qida qəbulunu dayandırmaq və spirtli içkilərdən uzaq durmaq məsləhət görülür.

Yuxusuzluq uzun müddət davam edirsə və gündəlik fəaliyyətə təsir göstərirsə, səbəbin müəyyənləşdirilməsi və uyğun müalicənin seçilməsi üçün həkimə müraciət etmək vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır