İnsultdan sonra reabilitasiya necə aparılmalıdır?
09.08.2026 15:09

İnsultdan sonra reabilitasiyanın mümkün qədər erkən başlanması bərpa prosesinin effektivliyi baxımından mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər xüsusilə ilk 90 günün reabilitasiya üçün ən əlverişli dövr olduğunu bildirirlər.

Aztibb.az xəbər verir ki, insultdan sağ çıxan insanların əhəmiyyətli hissəsində müxtəlif dərəcəli hərəkət, nitq və udma pozuntuları qalır. Bu səbəbdən xəstənin uzun müddət yalnız istirahət etməsi deyil, erkən mərhələdən etibarən fərdi reabilitasiya proqramına cəlb olunması tövsiyə edilir.

Nevroloqların sözlərinə görə, reabilitasiya prosesində fizioterapiya mühüm rol oynayır. Məşqlər vasitəsilə xəstə hərəkət və bədənə nəzarət bacarıqlarını yenidən inkişaf etdirə bilər. Reabilitasiya ev şəraitində davam etdirildikdə isə mütəxəssislərin təyinatlarına ciddi əməl olunmalıdır.

İnsultdan sonra nitq və udma problemləri də yarana bilər. Bu pozuntular bəzi hallarda dərhal nəzərə çarpmadığından yaxınları xəstənin nitqində, qidalanmasında və udmasında yaranan dəyişikliklərə diqqət etməlidirlər. Zərurət olduqda loqoped və digər mütəxəssislərin köməyindən istifadə edilməlidir.

Bərpa prosesində düzgün qidalanma da vacibdir. İnsultdan sonra zülal-enerji çatışmazlığı yarana bilər ki, bu da müalicə və reabilitasiyanın nəticələrinə mənfi təsir göstərə bilər. Buna görə xəstənin qida ehtiyaclarının həkim və dietoloq tərəfindən qiymətləndirilməsi tövsiyə olunur.

Mütəxəssislər insultdan sonra bərpanın fərdi olduğunu və nəticələrin zaman tələb etdiyini vurğulayırlar. Kiçik irəliləyişlər belə reabilitasiya prosesinin mühüm hissəsi hesab olunur.

İnsultun əlamətləri yarandıqda isə vaxt itirmədən təcili tibbi yardım çağırmaq vacibdir. Üzün bir tərəfinin sallanması, qol və ya ayaqda zəiflik, nitq pozuntusu kimi əlamətlər insultun göstəricisi ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır