İctimai səhiyyədən beynəlxalq uğura: ATU-nun fərqlənmə diplomlu məzunundan abituriyentlərə mesaj
09.08.2026 09:53

Azərbaycan Tibb Universitetinin (ATU) ictimai səhiyyə fakültəsini 2026-cı ildə fərqlənmə diplomu ilə bitirən Fatimə Nuriyeva ixtisas seçimi ilə bağlı abituriyentlərə ünvanlanmış tövsiyələrini bölüşüb.

 

Aztibb.az xəbər verir ki, gənc mütəxəssis ictimai səhiyyə ixtisasının üstünlükləri, karyera imkanları və universitet illərində şəxsi inkişafın əhəmiyyəti barədə fikirlərini bildirib.


Qeyd edib ki, ictimai səhiyyə yalnız xəstəliklərin müalicəsinə deyil, onların qarşısının alınmasına, sağlamlığın qorunmasına və cəmiyyətin rifahının yüksəldilməsinə yönələn mühüm və perspektivli sahədir.

 

“İctimai səhiyyənin əsas məqsədi yalnız xəstələri müalicə etmək deyil, insanların xəstələnməsinin qarşısını almaq, cəmiyyətin sağlamlığını qorumaq və səhiyyə sistemini daha effektiv idarə etməkdir”. 

 

Bu ixtisası seçən gənclər gələcəkdə müxtəlif istiqamətlər üzrə ixtisaslaşa bilərlər. Epidemiologiya, səhiyyə siyasəti, qlobal sağlamlıq, rəqəmsal səhiyyə, sağlamlığın təşviqi, elmi tədqiqat, səhiyyənin idarə olunması və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək bu sahənin yaratdığı imkanlardan yalnız bir neçəsidir.

 

Azərbaycanda və dünyada artan perspektiv

 

F.Nuriyevanın fikrincə, ictimai səhiyyə Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biridir. Dünyada isə bu istiqamət uzun illərdir səhiyyə sistemlərinin əsas komponentlərindən biri hesab olunur.

 

Bu baxımdan, ictimai səhiyyə ixtisasını seçən gənclər üçün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş karyera imkanlarının yarandığını vurğulayan məzun universitet təhsilinin bu yolda mühüm rol oynadığını qeyd edib.

 

“Universitet sizə möhkəm təməl yaradır, gələcəyinizi isə özünüz qurursunuz”

 

ATU-da təhsil aldığı illərdə qazandığı akademik və peşəkar təcrübələrin onun üçün yeni imkanlar yaratdığını bildirən ATU məzunu ABŞ-ın nüfuzlu universitetlərindən biri olan Çikaqo Universitetindən qəbul və iki il üçün ümumilikdə 70 min ABŞ dolları məbləğində təqaüd, həmçinin Londonun nüfuzlu universitetlərindən birindən qəbul almaq imkanının olduğunu bildirib.

 

Məzun bu uğurun arxasında universitet illərində əldə etdiyi bilik və təcrübələrlə yanaşı, öz üzərində davamlı çalışmağın dayandığını vurğulayıb:

 

“Bu, mənə bir daha göstərdi ki, universitet sizə möhkəm təməl yaradır, amma gələcəyinizi müəyyən edən əsas amil həmin illərdə özünüzə nə qədər yatırım etməyinizdir.”

 

F.Nuriyeva abituriyentlərə universitet illərindən maksimum yararlanmağı, akademik biliklərlə yanaşı, əlavə bacarıqlar qazanmağı, elmi və peşəkar fəaliyyətlərdə iştirak etməyi, beynəlxalq imkanları araşdırmağı və öz inkişaflarına davamlı investisiya qoymağı tövsiyə edib.

 

“İnanıram ki, bu gün başlayacağınız yol gələcəkdə sizi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə uğurlu bir karyeraya aparacaq. Hamınıza uğurlar arzulayıram və ictimai səhiyyə ailəsinə xoş gəlmisiniz!”

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır