Alzheimer xəstəliyinin müalicəsində robotik mikrocərrahiyyə araşdırılır
09.08.2026 13:34

Alzheimer xəstəliyinin müalicəsində robotik mikrocərrahiyyənin mümkün effektivliyi araşdırılır. ABŞ Qida və Dərman Administrasiyası (FDA) bu istiqamətdə aparılan erkən mərhələli klinik tədqiqata daha çox pasiyentin cəlb edilməsinə icazə verib.

Aztibb.az xəbər verir ki, REMIND adlı tədqiqatda MMI şirkətinin Symani robotik sistemi vasitəsilə boyundakı dərin limfa düyünlərində drenaj yollarının mikrocərrahi üsulla bərpasının təhlükəsizliyi və mümkün faydası qiymətləndirilir.

İlkin mərhələdə beş nəfərədək pasiyentin cəlb edilməsi nəzərdə tutulsa da, FDA-nın qərarından sonra iştirakçıların sayının 15 nəfərə qədər artırılmasına icazə verilib. Tədqiqata yüngül və orta dərəcəli Alzheimer xəstəliyi və limfa sistemində təsdiqlənmiş pozğunluqları olan şəxslər daxil edilir.

Tədqiqatın əsas məqsədi beynin zərərli maddələrdən, o cümlədən amiloid beta və fosforlaşmış tau zülallarından təmizlənməsində rol oynadığı düşünülən limfa drenaj yollarının bərpasının xəstəliyin gedişinə təsirini araşdırmaqdır.

İlkin iştirakçılarda 30 günlük təhlükəsizlik məlumatlarının qiymətləndirilməsindən sonra tədqiqatın genişləndirilməsinə qərar verilib. Daha geniş əsas klinik sınağın keçirilməsi də nəzərdən keçirilir.

Symani robotik sistemi cərrahın əl hərəkətlərini daha kiçik və dəqiq robotik hərəkətlərə çevirir, titrəmələri azaldır və diametri bir millimetrdən də kiçik damar və limfa strukturları üzərində mikrocərrahiyyə aparmağa imkan verir.

Mütəxəssislər qeyd edirlər ki, yanaşma hələ tədqiqat mərhələsindədir və onun Alzheimer xəstəliyinin inkişafına təsir göstərib-göstərmədiyini müəyyənləşdirmək üçün daha geniş klinik araşdırmalara ehtiyac var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır