ABŞ-də ilk mRNT qrip vaksininə təsdiqlənib
09.08.2026 09:14

ABŞ Qida və Dərman Administrasiyası (FDA) 50 yaş və yuxarı şəxslər üçün mRNT texnologiyası əsasında hazırlanmış üçvalentli qrip vaksininə təsdiq verib.

Aztibb.az xəbər verir ki, mRNA-1010 (mFLUSIVA) vaksini qripə qarşı mRNT texnologiyasından istifadə edən ilk təsdiqlənmiş vaksin olub. Vaksin 50-64 yaş qrupunda ənənəvi, 65 yaş və yuxarı şəxslərdə isə sürətləndirilmiş təsdiq alıb.

III faza klinik tədqiqatında vaksin standart dozalı qrip vaksinləri ilə müqayisədə daha yüksək effektivlik göstərib. 50 yaş və yuxarı iştirakçılar arasında nisbi vaksin effektivliyi 26,6 faiz, 65 yaş və yuxarı şəxslərdə isə 27,4 faiz təşkil edib.

Vaksin influenza A/H1N1, A/H3N2 və B/Victoria ştammlarını hədəfləyir. Əksər əlavə təsirlər yüngül və orta dərəcəli olub, ciddi əlavə təsirlərin tezliyi mRNA-1010 qrupunda 2,2 faiz, standart vaksin qrupunda isə 1,9 faiz təşkil edib.

Mütəxəssislər təsdiqin mRNT texnologiyasının qrip kimi digər infeksion xəstəliklərə qarşı vaksinlərin hazırlanmasında potensialını göstərdiyini bildirirlər. Preparatın ABŞ-də 2026-2027-ci illərin qrip mövsümündə istifadəyə verilməsi gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır