Süni intellekt ektopik hamiləliyin diaqnozunda 99 faizə qədər dəqiqlik nümayiş etdirdi
14.07.2026 13:50

 

Türkiyəli həkim və mühəndislərin ektopik (uşaqlıqdankənar) hamiləliyin erkən aşkarlanmasına yönəlmiş süni intellekt modeli beynəlxalq elmi ədəbiyyata daxil edilib.

 

Aztibb.az nüfuzlu "IEEE Access" jurnalında dərc olunan tədqiqata diqqət çəkib.

 

Qadın xəstəlikləri və doğum üzrə mütəxəssis, ginekoloq Op. Dr. Gültekin Koçun və komandası qadın sağlamlığı üçün ciddi risk yaradan ektopik hamiləliyin daha dəqiq müəyyən edilməsi məqsədilə süni intellekt əsaslı sistem hazırlayıb.

 

Məlumata görə, hazırlanmış model ektopik hamiləlik hallarını 99 faizə qədər klinik dəqiqliklə müəyyən edə bilir. Sistem eyni zamanda normal hamiləlikləri də 99,8 faiz dəqiqliklə tanıyaraq yanlış diaqnoz ehtimalını 1 faizdən aşağı səviyyəyə endirir.

 

Tədqiqatın IEEE Access jurnalında dərc olunması bu texnologiyanın beynəlxalq elmi səviyyədə tanındığını və etibarlılığının təsdiqləndiyini göstərir.

 

Araşdırmanın müəllifi Gültekin Koçun bildirib ki, ektopik hamiləlikdə yalnız erkən diaqnoz deyil, həm də düzgün diaqnoz həyati əhəmiyyət daşıyır.

 

Onun sözlərinə görə, xəstəlik erkən mərhələdə aşkarlandıqda cərrahi müdaxiləyə ehtiyac qalmadan hüceyrələrin inkişafını dayandıran dərmanlarla hamiləlik toxumasının orqanizm tərəfindən sorulmasına nail olmaq mümkündür.

 

“Cərrahiyyəsiz müalicə qadının gələcək reproduktiv sağlamlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır. Hazırladığımız süni intellekt sistemi sayəsində həkimlər risk barədə daha erkən xəbərdarlıq ala biləcəklər. Beləliklə, bir çox hallarda əməliyyata ehtiyac yaranmadan pasiyent üçün ən uyğun müalicəni vaxtında tətbiq etmək mümkün olacaq”, – deyə mütəxəssis vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev