Parkinson xəstəliyində əl titrəmələrinin əməliyyatsız müalicəsi mümkün olub
21.06.2026 13:23

Professor Ali Zırh: Yeni texnologiya ilə Parkinson xəstələrinin həyat keyfiyyətini cərrahiyyəsiz yaxşılaşdırmaq mümkündür

Parkinson xəstəliyi və digər hərəkət pozğunluqları olan insanlar üçün yeni nəsil, əməliyyatsız müalicə üsulları ümidverici nəticələr göstərir. Türiyədə Medipol Sağlık Grubunun beyin və sinir cərrahı professor Ali Zırh bildirib ki, “Ağıllı səs ötəsi müalicə” kimi tanınan "MR Guided Focused Ultrasound" (MRgFUS) texnologiyası sayəsində Parkinson xəstələrinin əl titrəmələrini əməliyyat aparmadan azaltmaq mümkündür.

Aztibb.az "A Haber"ə istinadən yazır ki, professorun sözlərinə görə, inkişaf edən texnologiyalar Parkinson və digər hərəkət pozğunluqlarının müalicəsində yeni mərhələnin əsasını qoyur. Medipol Acıbadem Bölge Hastanesində tətbiq edilən MRgFUS üsulu kəsik aparılmadan və xəstəxanada yatış tələb olunmadan həyata keçirilir.

Professor Zırh qeyd edib ki, bu metod vasitəsilə beyində titrəmələrə səbəb olan sinir fəaliyyətini dəyişdirmək və tənzimləmək mümkündür. Əvvəllər bu məqsədlə əsasən “beyin pili” adlanan dərin beyin stimulyasiyası tətbiq olunurdusa, yeni texnologiya cərrahi müdaxilə tələb etməyən alternativ kimi çıxış edir.

Kəllə sümüyü açılmadan müalicə

MRgFUS proseduru zamanı yüksək intensivlikli fokuslanmış ultrasəs dalğaları baş dərisi üzərindən keçərək beyində titrəməyə səbəb olan hədəf nahiyəyə yönəldilir. Ultrasəs enerjisi tədricən artırılır və simptomların yaxşılaşdığı nöqtədə həmin sahədə çox kiçik, dəqiq idarə olunan zədələnmə yaradılır.

Ali Zırhın sözlərinə görə, bütün proses maqnit-rezonans tomoqrafiyası (MRT) cihazının daxilində aparılır. MRT real vaxt rejimində beynin görüntülənməsinə imkan verdiyindən hədəf bölgə dəqiq müəyyən edilir və ultrasəs dalğalarının yaratdığı istilik nəzarətdə saxlanılır.

Bu üsul nəticəsində Parkinson xəstələrində müşahidə olunan titrəmə, əzələ sərtliyi və hərəkətlərin ləngiməsi əhəmiyyətli dərəcədə azala bilir.

Beş illik nəticələr ümidvericidir

Professor bildirib ki, xəstəxanada qalma tələb etməyən bu müalicə metodunun beşillik müşahidə nəticələrində xəstələrin təxminən 70–73 faizində əl titrəmələrinin nəzərəçarpacaq və davamlı şəkildə azaldığı müəyyən olunub.

Mütəxəssisin fikrincə, MRgFUS texnologiyası yalnız Parkinson xəstəliyində deyil, həmçinin Essential Tremor, bəzi psixiatrik pozğunluqlar və xroniki ağrı sindromlarının müalicəsində də istifadə oluna bilər.

Dünyada az sayda mərkəzdə tətbiq edilir

Ali Zırh vurğulayıb ki, bu texnologiya hazırda dünyada məhdud sayda tibb mərkəzində mövcuddur. Onun sözlərinə görə, Medipol Acıbadem Bölge Hastanesi beynəlxalq akkreditasiyadan keçmiş və bu üsulu bir ildən artıqdır uğurla tətbiq edən mərkəzlərdən biridir.

Professor Parkinson və digər hərəkət pozğunluqlarından əziyyət çəkən xəstələrə müraciət edərək bildirib: “Dərman müalicəsinin yetərli olmadığı və ya dərmanların yan təsirləri səbəbindən istənilən nəticənin əldə olunmadığı hallarda xəstələr ümidsiz olmamalıdırlar. Beyin pili müalicəsi ilə yanaşı, bu yeni texnologiya da onlara yenidən daha keyfiyyətli həyata qayıtmaq imkanı verə bilər.”

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?