Epidemiyalar zamanı ixrac həyata keçirilmədikdə istehsalçı və ixracatçıya əlavə möhlət veriləcək
16.11.2020 13:55

İxrac qeydi ilə satış həyata keçirən istehsalçıya və ixracatçıya dair tələblər müəyyənləşib.

 

Bu, Nazirlər Kabinetinin “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında əksini tapıb. 

 

Qərara əsasən, ixrac qeydi ilə satış həyata keçirən istehsalçıya dair tələblər aşağıdakılardır: 

 
  • ixrac qeydi ilə satılan malların istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olması; 

 

  • ixrac qeydi ilə satılmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq 3 öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməsi. 

 

Eyni zamanda qərara əsasən, ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər də müəyyənləşib. 

 

Bunlar aşağıdakılardır:

  • ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməsi; 

 

  • ixrac qeydi ilə alınmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi. 

 

Bu qaydanın 5.3-cü bəndinə əsasən, “Malların ixrac qeydi ilə satış qaiməsi”ndə istehsalçı tərəfindən satılmış malların 3 (üç) ay müddətində ixrac edilməsi şərti qeyd ediləcək, 5.4-cü bəndinə əsasən, təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər qarşısıalınmaz hallarda 3 (üç) ay müddətinə ixrac həyata keçirilmədikdə, həmin müddət başa çatdıqdan sonra 15 (on beş) gün müddətində ixracatçının ərizəsi əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3 (üç) ayadək əlavə möhlət veriləcək. Əlavə möhlət müddəti bu Qayda ilə müəyyən edilmiş inzibati icraat prosedurundan asılı olmayaraq, bu Qaydanın 5.3-cü bəndi ilə müəyyən edilmiş müddətin bitdiyi tarixdən etibarən 3 (üç) ay müddətinə məhdudlaşdırılacaq.

 

Qeyd edək ki, bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb